Neftçalada “Şəhadət” sənədli filminin təqdimatı olub

Press-relizlər / 01.03.2018 / 16:38

Martın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi Neftçala rayonu Əlif Piriyev adına 2 saylı orta məktəbdə nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli, Neftçala rayonu Əlif Piriyev adına 2 saylı orta məktəbin direktoru Rövşən Həsənov, məktəb müəllimləri və şagirdlər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Yusif Yusifli “Şəhadət” sənədli filminin əhəmiyyətindən danışaraq bildirib ki, filmdə dini fanatizmin, radikalizmin təsirinə məruz qalaraq qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlıqlarından bəhs olunur və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir.
Neftçala rayonu Əlif Piriyev adına 2 saylı orta məktəbin direktoru Rövşən Həsənov bildirib ki, Azərbaycan dünyada tolerantlıq və multikultural dəyərlərin inkişafı baxımından nümunə olan ölkələrdəndir. O qeyd edib ki, 2017-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunması və  bu il çərçivəsində təkcə ölkədə deyil, beynəlxalq aləmdə həyata keçirilən tədbirlər, Azərbaycanın ortaya qoyduğu həmrəylik prinsipləri dünya dövlətlərinin diqqətini özünə çəkib.
Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib və film ətrafında müzakirələr aparılıb. 


Son baxılan xəbərlər

Dövlət Komitəsində “Yehovanın Şahidləri”nin Avropa Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Press-relizlər
03.04.2019 / 15:05
Ətraflı oxu

"Azərbaycanda dünyəviliyin tarixi və bu günü" mövzusunda konfrans keçirilib

Press-relizlər
28.11.2019 / 16:28
Ətraflı oxu

Yardımlıda “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
25.01.2017 / 17:33
Ətraflı oxu

Dövlət Komitəsində ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Press-relizlər
22.12.2014 / 18:01
Ətraflı oxu

Bakıda “Din və multikultural təhlükəsizlik” mövzusunda konfrans keçirilib

Press-relizlər
16.12.2019 / 17:11
Ətraflı oxu

Dini radikalizm ənənəvi dəyərlərimizə təhdiddir

Press-relizlər
02.10.2017 / 16:29
Ətraflı oxu