Lənkərandakı “N” saylı hərbi hissədə “Qeyri-ənənəvi dini cərəyanlar, onların fəaliyyət istiqamətləri və metodları” mövzusunda tədbir keçirilib

Press-relizlər / 01.03.2018 / 14:55

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə DSX-nın Lənkəran rayonundakı “N” saylı hərbi hissəsində “Qeyri-ənənəvi dini cərəyanlar, onların fəaliyyət istiqamətləri və metodları”  mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, DSX-nın nümayəndəsi Bəhruz Qasımov, "N" saylı hərbi hissənin komandiri Azad Abdullayev və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan hərbi hissənin komandiri Azad Abdullayev mövzunun əhəmiyyətindən bəhs edib. O, gənclərin dini radikalizmdən uzaq olmalarının vacibliyini qeyd edərək, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunmasının zəruriliyini vurğulayıb. 
Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov milli-mənəvi, tolerant və multikultural dəyərlərimizin qorunması istiqamətində dövlət tərəfindən mühüm tədbirlər həyata keçirildiyini bildirib. Q.Məmmədov qeyri-ənənəvi dini cərəyanlar və onlara qarşı aparılan mübarizədən danışıb.  Şöbə müdiri, eyni zamanda, Dövlət Komitəsinin sifarişi əsasında çəkilən  “Şəhadət” sənədli filmi haqqında məlumat verib. O deyib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hislərinin təbliğ olunmasıdır.
Sonda “Şəhadət” sənədli filmi nümayiş edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

DQİDK sədri “Din və etiqad azadlığının irəlilədilməsi üzrə üçüncü nazirlər konfransı”nda çıxış edib

Press-relizlər
18.11.2020 / 12:57
Ətraflı oxu

Lerikdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
03.11.2016 / 16:01
Ətraflı oxu

Zaqatalada “İslam: ənənə və müasirlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.09.2016 / 16:13
Ətraflı oxu

Bölgələrdə “Şəhadət” sənədli filminin nümayişi davam etdirilir

Press-relizlər
07.02.2018 / 09:05
Ətraflı oxu

“Vətən sevgisi imandandır” adlı silsilə tədbirlər davam edir

Press-relizlər
08.02.2018 / 16:07
Ətraflı oxu

Azsaylı xalqların mədəniyyəti onların folklor nümunələrində də yaşadılır

Multikulturalizm
16.04.2016 / 09:23
Ətraflı oxu