Xırdalanda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 01.03.2018 / 12:34

Martın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Bakı Dövlət  İqtisadiyyat və Humanitar Kollecində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov, kollecin direktor müavini İradə Xudiyeva və müəllim-tələbə kollektivi iştirak edib.
Kollecin direktor müavini İradə Xudiyeva keçirilən maarifləndirmə tədbirin əhəmiyyətli olduğunu və tələbələrin məlumatlandırılmasına hər zaman ciddi ehtiyac olduğunu bildirib. İ.Xudiyeva din adından istifadə edərək öz çirkin niyyətlərini həyata keçirməyə çalışan şəxslərə qarşı hər kəsin diqqətli olmasının vacibliyini nəzərə çatdırıb. O, Dövlət Komitəsinin bu istiqamətdə həyat keçirdiyi işləri yüksək qiymətləndirib və ötən il kollecdə “Fitnə” sənədli filminin nümayiş etdirildiyini söyləyib.
Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov öncə Dövlət Komitəsinin fəaliyyət sferası və gördüyü işlər barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib. O, həmçinin müxtəlif dini cərəyanların yaranma tarixindən, zərərli dini qrupların təbliğat metodlarından bəhs edib. Qeyd edib ki, gənclərin belə radikal qrupların təsirinə düşməməsi üçün mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Natiq eyni zamanda DQİDK-nın sifarişi ilə ərsəyə gətirilmiş “Şəhadət” sənədli filmi haqqında da məlumat verərək bildirib ki, ekran əsərində Vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid  qəhrəmanlarımızından, eləcə də dini fanatizmin, radikalizmin təsirinə məruz qalaraq qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs olunur.
Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib və film ətrafında müzakirələr aparılıb. 


Son baxılan xəbərlər

Füzuli rayonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
03.03.2018 / 13:30
Ətraflı oxu

Gəncədə “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” mövzusunda ikigünlük regional konfrans öz ...

Press-relizlər
03.10.2018 / 16:47
Ətraflı oxu

Hacıqabulda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.07.2019 / 15:30
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb

Press-relizlər
30.10.2019 / 15:54
Ətraflı oxu

Şabranda keçirilən ikigünlük seminar-müşavirə yekunlaşıb

Press-relizlər
11.05.2018 / 15:25
Ətraflı oxu

Sülh aylığı çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
11.09.2017 / 15:04
Ətraflı oxu