“Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 27.02.2018 / 15:57

Fevralın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Tükəvilə kənd tam orta məktəbində “Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov, Tükəvilə kənd tam orta məktəbinin direktoru Günay İsmayılova, Tükəvilə kənd məscidi dini icmasının sədri Murad Əzizov, müəllimlər və şagirdlər iştirak ediblər.         
Tədbir dövlət himninin səslənməsi ilə başlanıb. Daha sonra Xocalı soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Günay İsmayılova çıxışında Xocalı soyqırımının ermənilər tərəfindən xalqımıza qarşı qəddarlıqla törədilmiş cinayət olduğunu bildirib. G.İsmayılova, həmçinin, Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib.
Şəhər təhsil şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında 1992-ci il fevral ayının 26-da mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, bu soyqırımı bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşi cinayət aktıdır. R.Hüccətov gənclər arasında vətənpərvərliyin təbliği və dini radikalizmə qarşı mübarizədə bu kimi tədbirlərin, həmçinin elm və təhsilin müstəsna əhəmiyyəti olduğunu vurğulayıb.
DQİDK-nın əməkdaşı Emin Həmidli çıxışında Xocalı soyqırımının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktı olduğunu bildirib. E.Həmidli dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verərək, DQİDK-nın bu istiqamətdə həyata keçirdiyi maarifləndirmə tədbirləri, həmçinin Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi haqqında danışıb. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizmdən qorunması, milli-mənəvi dəyərlərin və  vətənpərvərliyin təbliğ olunmasıdır.      
Tədbirin sonunda məktəb şagirdlərinin Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr etdikləri kompozisiya və Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
30.01.2019 / 17:45
Ətraflı oxu

Tarixi dönüşün böyük uğurları

Xəbərlər
14.07.2020 / 10:31
Ətraflı oxu

Hacıqabul rayonunda “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
17.03.2018 / 10:26
Ətraflı oxu

Qubada “Dini radikalizmlə mübarizədə gənclərin təşkilatlandırılması” mövzusunda ikigünlük seminar başa çatıb

Press-relizlər
18.11.2017 / 13:36
Ətraflı oxu

Yevlaxda Xocalı soyqırımı qurbanları anılıb

Press-relizlər
21.02.2020 / 15:14
Ətraflı oxu

Gənclər dini radikalizmə “yox” deyir!

Press-relizlər
11.02.2020 / 17:21
Ətraflı oxu