Kürdəmirdə “Sülh və Həmrəyliyə aparan yol – dialoq” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 27.02.2018 / 15:24

Fevralın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Kürdəmir şəhər “İmam Rza” məscidi dini icması tərəfindən “İslam həmrəylik və birliyə çağırış dinidir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov və Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, dini icma sədri Füzuli Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi Vüqar Nəsirov, şəhər 1 saylı tam orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə 26 Fevral Xocalı faciəsi qurbanları və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.
Kürdəmir RİH başçısı Aparatının nümayəndəsi Elxan Qafarov qeyd edib ki, Azərbaycan bütün dövrlərdə multikulturalizm, dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülündə, İslam mədəniyyətinin dünyada yayılmasında önəmli rol oynayıb. Bu gün də multikultural Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, dövlətimizin böyük diqqət və qayğısından, himayəsindən yararlanırlar.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov vurğulayıb ki, sağlam dialoq qarşılıqlı etimadın artmasına, sülhün təşviqinə və barışa töhfə verir. Natiq diqqətə çatdırıb ki, dialoq olmadan həmrəylik mövcud ola bilməz.
Digər çıxış edənlər də multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu, İslam dininin sülh və birlik nümunəsi olduğunu qeyd ediblər.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.  
 


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
08.07.2019 / 13:07
Ətraflı oxu

Bakıda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.04.2019 / 16:06
Ətraflı oxu

Prezident İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub

Xəbərlər
22.11.2018 / 12:25
Ətraflı oxu

“Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans panel iclaslarla davam edib

Press-relizlər
26.04.2019 / 18:09
Ətraflı oxu

Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
05.03.2019 / 17:45
Ətraflı oxu

Tarixi dönüşün böyük uğurları

Xəbərlər
14.07.2020 / 10:31
Ətraflı oxu