Saatlıda dini maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər / 26.02.2018 / 12:47

Fevralın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Saatlı rayon Şirinbəy kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” layihəsi çərçivəsində “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və şəhidlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Şirinbəy kənd tam orta məktəbində təşkil olunan tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, dini icma sədri Mürsəl Bədirov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbir Vətənin azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Saatlı rayonu Şirinbəy kənd məscidi dini icmasının sədri Mürsəl Bədirov çıxış edərək bu cür tədbirlərin xalqımızın başına açılan müsibətlərin, yaşadığımız faciələrin gələcəyimiz olan gənclərə çatdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov xalqımıza qarşı edilən qəddarlığın, vəhşiliyin insani dəyərlərə uyğun olmadığını vurğulayaraq bildirib ki, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Daha sonra çıxış edənlər “Vətən sevgisi” mövzusunda və Xocalıda baş verən faciənin dəhşətləri haqqında danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
 


Son baxılan xəbərlər

“Nəsimi ili” ilə əlaqədar tədbir keçirilib

Press-relizlər
14.03.2019 / 16:23
Ətraflı oxu

DQİDK-nın dəstəyi ilə Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
22.02.2018 / 15:34
Ətraflı oxu

Gənclər dini dözümlülük və tolerantlıq ruhunda tərbiyə olunmalıdır

Press-relizlər
15.01.2019 / 10:20
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
12.07.2019 / 17:49
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Xəbərlər
18.02.2020 / 17:32
Ətraflı oxu

Mətbuat xidmətinin məlumatı

Xəbərlər
02.09.2019 / 12:29
Ətraflı oxu