Qubada Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirilir

Press-relizlər / 24.02.2018 / 09:44

Fevralın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Quba rayonu II Nügədi kəndi “Molla Hud” məscidində Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş növbəti tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov, Quba rayonu II Nügədi kəndi “Molla Hud” məscidi dini icmasının sədri İlkin Qayıbov, dindarlar, ağsaqqallar, yeniyetmə və gənclər iştirak ediblər. 
Öncə Vətənin azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və “Qurani-Kərim”dən ayələr oxunub.
Tədbiri giriş sözü ilə açan dini icma sədri İlkin Qayıbov bildirib ki, rəhbərlik etdiyi icma hər il məsciddə Xocalı soyqırımı ilə əlaqədar olaraq anım tədbirləri təşkil edir və icmanın təşkilatçılığı ilə kənd sakinləri Quba şəhərində yerləşən Quba Soyqırımı Memorial Kompleksini ziyarət edir.  
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov çıxışında Xocalı faciəsi barədə geniş məlumat verib, qeyd edib ki, Azərbaycan dövləti bu soyqırımın dünya dövlətləri tərəfindən tanınması məqsədilə çoxsaylı işlər görür və bu iş bu gün də davam etdirilir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev erməni vandallarının 26 il əvvəl Xocalıda törətdikləri qətliam barədə danışıb. O vurğulayıb ki, silahsız insana qarşı bu cür vəhşilik heç bir dində yoxdur.
Daha sonra QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov çıxış edib. Bildirib ki, ermənilər Azərbaycan xalqına qarşı məqsədli şəkildə soyqırımı həyata keçirir və bunu etməkdə məqsədləri etnik təmizləmədir. O bildirib ki, Azərbaycan xalqının nə qədər mətin və güclü xalq olduğunun ermənilər 2016-cı ilin aprel döyüşlərində bir daha şahidi oldular.
Sonda şəhidlərimizin ruhuna dualar oxunub və ehsan verilib. 


Son baxılan xəbərlər

“Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
27.02.2018 / 15:57
Ətraflı oxu

Göyçayda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

Press-relizlər
27.11.2017 / 17:13
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
20.09.2018 / 11:47
Ətraflı oxu

Zərdabda “İslam sülh və həmrəylik dinidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

Press-relizlər
01.11.2017 / 17:18
Ətraflı oxu

Cocuq Mərcanlıda “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.01.2018 / 10:02
Ətraflı oxu

Azərbaycan dünyada dini tolerantlığın mərkəzinə çevrilib

Arxiv
07.06.2016 / 14:46
Ətraflı oxu