Göyçayda Xocalı faciəsinin qurbanları anılıb

Press-relizlər / 24.02.2018 / 09:29

Fevralın 24-də Göyçay Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin bölgə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və əməkdaşı Rauf Nəsirov, Qafqaz Müsəlmanları İdarəsinin Göyçay-Ucar rayonları üzrə səlahiyyətli nümayəndələri Rəsul Kazımov və Cavid Səfərov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edən natiqlər qeyd ediblər ki, xalqımızın qan yaddaşı olan Xocalı həqiqətlərininin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Eyni zamanda vurğulayıblar ki, Ümummilli Lider Heydər Əliyevin ölkəyə qayıdışı və onun dünya miqyaslı nüfuzu Xocalı faciəsinin də dünya müstəvisində öz qiymətini almasına səbəb olub.
  


Son baxılan xəbərlər

Həqiqət anı: azərbaycanlıların 1918-ci il soyqırımından 100 il ötür

Xəbərlər
31.03.2018 / 10:06
Ətraflı oxu

Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin (SOCAR) Qaz Emalı Zavodunun rəhbər heyəti və əməkdaşları ilə ...

Xəbərlər
05.10.2018 / 15:01
Ətraflı oxu

Xəzər rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.07.2019 / 09:51
Ətraflı oxu

Qubada “Vətən sevgisi imandandır” mövzusunda dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
12.07.2018 / 09:35
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
19.07.2018 / 17:39
Ətraflı oxu

Ölkəmiz İslam dünyasında özünün uzlaşdırıcı, barışdırıcı və sülhpərvər mövqeyi ilə nümunəyə çevrilib

Açıqlama
11.01.2018 / 16:30
Ətraflı oxu