DQİDK-nın dəstəyi ilə Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər / 23.02.2018 / 17:38

Fevralın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qax rayonunda Qax şəhər məscidi dini icmasının həyata keçirdiyi “Mədəniyyət və din” adlı layihə çərçivəsində “Adət-ənənələrin dindəki yeri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və praqnozlaşdırma şöbəsinin böyük məsləhətçisi Azad Nəhmədov, Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov, din xadimləri və rayon dindarları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov mövzunun əhəmiyyətindən danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov qeyd edib ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir.
Daha sonra çıxış edən DQİDK-nın Təhlil və praqnozlaşdırma şöbəsinin böyük məsləhətçisi Azad Nəhmədov milli mənəvi dəyərlərimiz, eləcə də adət-ənənələrimiz haqqında tədbir iştirakçılarına məlumat verib. A. Nəhmədovun sözlərinə görə, İslam mədəniyyəti təkcə bir xalqın və ya bir regionda yaşayan xalqların deyil, ümumən, geniş bir coğrafiyada yaşayan, 2 milyarda yaxın insanın ən ali ortaq dəyərləri üzərində formalaşmış bir mədəniyyətdir. Bildirib ki, İslam mədəniyyətinin bir parçası kimi Azərbaycan xalqı həmişə öz üstün mənəvi dəyərləri ilə seçilib.
 
  


Son baxılan xəbərlər

Saatlıda Uşaq hüquqları aylığı çərçivəsində tədbir keçirilib

Press-relizlər
07.11.2016 / 17:14
Ətraflı oxu

Nardaranda dindarlarla görüş keçirilib

Press-relizlər
13.01.2016 / 17:15
Ətraflı oxu

Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri dini-tarixi abidələrə həsr olunub

Press-relizlər
18.10.2018 / 15:22
Ətraflı oxu

İmişlidə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans öz işini davam etdirib

Press-relizlər
28.11.2018 / 14:48
Ətraflı oxu

Ağdamda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
15.03.2019 / 15:33
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.03.2019 / 09:25
Ətraflı oxu