Dövlət Komitəsinin sədri İİR-nın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

Press-relizlər / 23.02.2018 / 18:10

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 23-də Azərbaycanda səfərdə olan İran İslam Respublikası Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən ilə görüşüb.
İki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlət başçılarının qarşılıqlı səfərlərinin və mötəbər tədbirlərin keçirilməsinin əlaqələrin yüksək səviyyədə olmasının bariz nümunəsi olduğunu vurğulayıb. Azərbaycanla İran arasında bütün sahələrdə olduğu kimi, din və mədəniyyət sahəsində də səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
Ötən ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdıran Mübariz Qurbanlı bu çağırışın dövlətimizin İslam birliyinə olan həssas münasibətinin göstəricisi olduğunu deyib. Bu çərçivədə ilk beynəlxalq konfransın “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda Tehranda keçirildiyini bildirən Komitə sədri tədbirin əhəmiyyətinə toxunub. O, dinlər və sivilizasiyalararası dialoq formatında nəzərdə tutulan bu prosesin davamlı xarakter daşıdığını və bu il də davam etdiriləcəyini bildirib.
Görüşdə Komitə sədri dinə dövlət qayğısından danışarkən bildirib ki, buna əyani sübut olaraq ölkəmizdə Prezident İlham Əliyev tərəfindən Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Qeyd edib ki, Fond Azərbaycanda mövcud dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.  O, İnstitutun yaradılmasını dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsinə, bu sahə üzrə ixtisaslı milli kadrların hazırlanmasına mühüm töhfə adlandırıb.
Səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirən İran İslam Respublikası Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi din və mədəniyyət üzərində qurulan əlaqələrin daha da genişlənməsinin vacibliyindən danışıb. Qeyd edib ki, dövrümüzdə islami dəyərlərin olduğu kimi təbliğ və təşviq edilməsinə, dinimiz haqqında mənfi imicin aradan qaldırılmasına ciddi ehtiyac yaranıb. Ə.İ.Türkmən bu istiqamətdə dövlətimiz tərəfindən atılan addımları yüksək qiymətləndirib. Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından məmnunluğunu ifadə edib, qurumlara fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşün sonunda qonağa Azərbaycanın tolerantlıq mühitini, multikultural dəyərlərini, eyni zamanda işğal edilmiş ərazilərimizdəki dini ibadətgahlara qarşı edilən erməni vandalizmini əks etdirən kitablar hədiyyə edilib.
Qeyd edək ki, görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Səyavuş Heydərov, Gündüz İsmayılov və İran İslam Respublikasının ölkəmizdəki Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi, eləcə də nümayəndə heyətinin digər üzvləri də iştirak ediblər.


Son baxılan xəbərlər

“Uşaq hüquqları aylığı” çərçivəsində Astarada tədbir keçirilib

Press-relizlər
26.10.2018 / 16:26
Ətraflı oxu

Mübariz Qurbanlı: “İŞİD-in Azərbaycanda heç bir dayağı, sosial bazası yoxdur və ola da bilməz”

Açıqlama
10.08.2015 / 14:05
Ətraflı oxu

Masallıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.10.2018 / 17:25
Ətraflı oxu

Yasamalda “Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
28.02.2019 / 16:58
Ətraflı oxu

Prezident İlham Əliyev: “Biz nəinki ölkə daxilində, dünya miqyasında bu gün çox önəmli ölkəyə ...

Xəbərlər
27.11.2019 / 12:49
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ASAN Radionun qonağı olub

Xəbərlər
12.03.2020 / 15:12
Ətraflı oxu