Kürdəmirdə “İslam həmrəylik və birliyə çağırış dinidir” mövzusunda tədbir keçirilib

Press-relizlər / 22.02.2018 / 15:18

Fevralın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Kürdəmir şəhər “İmam Rza” məscidi dini icması tərəfindən “İslam həmrəylik və birliyə çağırış dinidir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri Fizuli Cəfərov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir Rayon idarəsinin əməkdaşı Seymur Müslümov, Rayon Polis Şöbəsinin əməkdaşı Elşad Ağayev, şəhər 3 saylı tam orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə 26 Fevral Xocalı faciəsi qurbanları və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, Azərbaycan müsəlman dünyasının bir hissəsidir və müsəlman ölkələrində baş verən neqativ hadisələr ölkəmizi də narahat edir. O vurğulayıb ki, ölkəmizin İslam həmrəyliyinə verdiyi dəyər müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev terrorizm, düşmənçilik, aqressivlik kimi neqativ halların müsəlmanlara xas olmadığını, İslamın həmrəylik, sülhsevərlik, anlaşma, dostluq kimi ümumbəşəri əxlaqi dəyərlərə sadiq olduğunu diqqətə çatdırıb.
Çıxış edən digər natiqlər də həmrəyliyin müsəlman xalqları arasında əməkdaşlığı daha da artıraraq İslam dünyasında, eyni zamanda bütün dünyada sülhün, tərəqqinin bərqərar olmasına və möhkəmlənməsinə səbəb olacağını qeyd ediblər.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.
   


Son baxılan xəbərlər

“Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub

Xəbərlər
14.09.2019 / 12:33
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir”

Press-relizlər
06.04.2018 / 11:22
Ətraflı oxu

Qazax rayonunda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
17.10.2018 / 17:48
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

Məhərrəmlik ayı ilə əlaqədar həyata keçiriləcək təhlükəsizlik tədbirləri müzakirə olunub

Press-relizlər
05.09.2018 / 11:15
Ətraflı oxu

“Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.09.2018 / 14:50
Ətraflı oxu