İsmayıllıda dini radikalizmlə bağlı tədbir təşkil olunub

Press-relizlər / 21.02.2018 / 16:58

Fevralın 21-də İsmayıllı rayonu İstisu kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) və İsmayıllı Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, İsmayıllı RİH başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Bəhruz Xələfov, RPŞ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Rahim Orucov, İsmayıllı RİH başçısının İstisu kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vicad Babayev, İstisu kənd tam orta məktəbinin direktoru Zamin Allahverdiyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zamin Allahverdiyev tədbirin mahiyyəti barədə məlumat verərək DQİDK-nın maarifləndirmə çərçivəsində həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən bəhs edib.
Dini radikalizmin fəsadlarından, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələrindən danışan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev radikalizmin qarşısının alınmasında təhsilin önəmini xüsusi qeyd edib.
RPŞ-nin baş inspektoru Rahim Orucov dini radikalizmə qarşı mübarizə üzrə qanunvericilik bazasının mövcudluğunu vurğulayaraq qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb edildiklərini diqqətə çatdırıb.
Daha sonra RİH başçısı Aparatının psixoloqu Bəhruz Xələfov dövlət-din münasibətlərindən söz açaraq rayonda qorunub saxlanılan tolerantlıq və multikulturalizm ənənələrindən danışıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət" sənədli filmi nümayiş olunub.


Son baxılan xəbərlər

İsmayıllı rayonunda “Sülh aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
21.09.2016 / 09:54
Ətraflı oxu

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azxeber.com saytına müsahibə verib

Müsahibələr
14.01.2015 / 17:20
Ətraflı oxu

Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2018 / 17:26
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı:"Dini radikal qruplar və radikal müxalifət kənardan idarə olunur"

Xəbərlər
23.09.2016 / 10:38
Ətraflı oxu

Beynəlxalq Tolerantlıq Günü Nardaran Bilik Evində də qeyd edilib

Multikulturalizm
11.11.2016 / 15:17
Ətraflı oxu

Səyyad Salahlı: “Heydər Əliyevin dövlət-din münasibətlərinin inkişafında müstəsna xidmətləri olub”

Press-relizlər
19.12.2019 / 12:38
Ətraflı oxu