Qətərdə “13-cü Doha Dinlərarası Dialoq Konfransı” keçirilib

Press-relizlər / 21.02.2018 / 14:41

20 və 21 fevral tarixlərində Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin təşkilatçılığı ilə Qətərin paytaxtı Dohada “13-cü Doha Dinlərarası Dialoq Konfransı” keçirilib.  
“Dinlər və İnsan Hüquqları” mövzusuna həsr edilmiş iki günlük konfransda 50 ölkədən 400-ə yaxın dövlət və hökumət nümayəndələri, alimlər, din xadimləri, eyni zamanda, müsəlman və qeyri-müsəlman dini konfessiya rəhbərləri, müxtəlif ölkələrin diplomatik nümayəndələri iştirak ediblər.
Sözügedən konfransda ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin baş müəllimi, İlahiyyət üzrə fəlsəfə doktoru Aqil Şirinov, ADA Universitetinin müəllimi, dinşünas alim Nəriman Qasımoğlu və “Həyat Sözü” Xristian dini icmasının sədri Rasim Xəlilov təmsil ediblər.
Tədbiri giriş sözü ilə açan Qətər Dövlətinin Xarici İşlər naziri Sultan İbn Saad bildirib ki, konfrans dünyada dinlər və mədəniyyətlərin parçalanaraq birgəyaşayış ənənələrinin məhvinə zəmin yaratdığı, münaqişə və qeyri-sabitliyin hökm sürdüyü bir dövrdə öz mahiyyətinə görə mühüm əhəmiyyət kəsb edir. Daha sonra Qətər Dövlətinin bu sahədə gördüyü işlərə toxunan nazir konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.
Daha sonra konfrans “Dini etiqad azadlığı və dini ayinlər”, “Fərdi hüquqlar və dövlət marağı”, “Siyasi, iqtisadi və sosial hüquqlar”, “İnsan hüquqlarının pozulmasına dair dinlərin mövqeyi”, “Terrorizm və ekstremizmə dini baxış”, “Dini tolerantlıq və dini dözümsüzlükdən imtina”, “Fərdi və qrup hüquqlarının pozulması”, “İlahi qanunlar və Beynəlxalq Konvensiyalar arasında insan hüquqları məsələsi”nə həsr edilmiş panel müzakirələr ilə öz işini davam etdirib.
“Ekstremizm və terrorizmə dini baxış” mövzusunda keçirilən paneldə “Dini dözümsüzlüyün əsas səbəbləri” mövzusunda çıxış edən Bakı Dövlət Universitetinin, İlahiyyat fakültəsinin baş müəllimi, İlahiyyət üzrə fəlsəfə doktoru Aqil Şirinov Azərbaycanda mövcud olan dini tolerantlıq mühitinə toxunaraq bildirib ki, ölkə ərazisində yaşayan müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət, dialoq və tolerantlıq mövcuddur. Dövlət-din münasibətlərinin yüksək səviyyədə təmin olunmasından danışan Aqil Şirinov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” və 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Çıxışının sonunda Dağlıq-Qarabağ, Azərbaycan-Ermənistan münaqişəsinə toxunan A.Şirinov qeyd edib ki, Azərbaycanın 20 faiz torpağı erməni silahlı qüvvələri tərəfindən işğal edilib, işğal edilmiş ərazilərdə tarixən mövcud olan tarixi-dini abidələrimiz, məscidlərimiz dağıdılıb.
Digər çıxışlardan sonra konfransın nəticəsinə dair Bəyannamə imzalanıb və “13-cü Doha Dinlərarası Dialoq Konfransı” öz işini başa çatdırıb.

 


Son baxılan xəbərlər

Horadizdə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
31.05.2019 / 11:22
Ətraflı oxu

Müqəddəs Məkkə şəhərində “Qurani-Kərimdə və Peyğəmbər sünnəsində mötədillik və mülayimlik dəyərləri” adlı beynəlxalq konfrans ...

Press-relizlər
29.05.2019 / 12:34
Ətraflı oxu

Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində iştirak edib

Press-relizlər
24.05.2019 / 09:31
Ətraflı oxu

Dinlərarası harmoniyanın Azərbaycan modeli

Xəbərlər
17.05.2019 / 10:26
Ətraflı oxu

Lənkəranda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusu müzakirə olunub

Press-relizlər
17.05.2019 / 12:30
Ətraflı oxu

Səbail rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
16.05.2019 / 14:35
Ətraflı oxu