Bərdədə "Şahadət" filmi nümayiş olunub

Press-relizlər / 20.02.2018 / 15:04

Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi Bərdə şəhər 6 saylı tam orta məktəbində nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov, məktəbin direktoru Elşad Məmmədov, eyni zamanda, məktəbin müəllim və şagird kollektivi iştrak edib.
Tədbir başlamazdan əvvəl Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru E.Məmmədov qeyd edib ki, pedaqoji prosesdə gənclərimiz milli ruhda tərbiyə olunurlar. Onlar milli dəyərlərimizi, milli ənənələrimizi, yaxşı bilir və qoruyurlar. O, məktəbin adını daşıdığı Qarabağ müharibəsində şəhid olmuş Səfiyar Behbudov barədə də tədbir iştirakçılarına məlumat verib.
DQİDK-nın əməkdaşı R.İbrahimov çıxış edərək “Şəhadət” sənədli filminin əhəmiyyətindən bəhs edib. Bildirib ki, sənədli film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub. Ekran işində Vətən uğrunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edilir. Filmdə Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı təbliğ olunur, digər tərəfdən radikalizmin törətdiyi fəsadlar tamaşaçılara təqdim edilir.əlumat üçün bildirilir.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub. 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin şöbə müdirinin məqaləsi Ukrayna mətbuatında dərc edilib

Xəbərlər
11.09.2020 / 10:40
Ətraflı oxu

Din xadimlərinin iştirakı ilə onlayn tədbir keçirilib

Xəbərlər
23.09.2020 / 11:20
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycanın uğurlu inkişaf modelinin əsas qayəsi ondadır ki, ölkəmizdə aparılan siyasət ...

Xəbərlər
30.01.2019 / 11:26
Ətraflı oxu

Prezident İlham Əliyev İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib

Xəbərlər
22.10.2018 / 17:07
Ətraflı oxu

Sinqapur konfransı: Azərbaycan tolerantlığın qorunduğu ən yaxşı nümunələr sırasında

Press-relizlər
02.08.2016 / 16:02
Ətraflı oxu

Dövlət qeydiyyatına alınmış yeddi dini təhsil müəssisəsinə şəhadətnamələr təqdim edilib

Press-relizlər
07.03.2017 / 13:52
Ətraflı oxu