İmişlidə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər / 16.02.2018 / 16:22

Fevralın 16-da İmişlidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə keçirilib.
Din xadimləri, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Hüseyn İbrahimov rayondakı dini durum, dini icmaların fəaliyyəti barədə məlumat verib.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu din siyasətindən danışıb. Qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib.
Hazırda nümunəvi dövlət-din münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdiyini bildirən Səyyad Salahlı bu sahəyə göstərilən diqqət və qayğıdan bəhs edib.  Vurğulayıb ki, ölkəmizdə dini ibadətgahlar dövlət vəsaiti hesabına əsaslı şəkildə bərpa edilir, yeniləri tikilir. Mütəmadi olaraq dini icmalara maliyyə vəsaitləri ayrılır.
Bölgədəki dini durumu və nüfuzlu din xadimlərinin fəaliyyətini yüksək qiymətləndirən sədrin birinci müavini dindarların ölkənin quruculuğunda, müdafiəsində, cəmiyyətin mənəvi-ruhi tarazlığının saxlanmasında böyük rola malik olduqlarını dilə gətirib. İslamın fundamental dəyərlərinin geniş təbliğ edilməsinin önəmini qeyd edən Səyyad Salahlı dini radikalizm və onun fəsadları barədə də danışıb.  O, radikalizmə qarşı mübarizədə gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikalizmə qarşı mübarizənin metodologiyası barədə danışıb. Ə.Zülfüqarov dini radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu diqqətə çatırıb. O, dini maarifləndirmənin gücləndirilməsi, dinimizin düzgün şəkildə insanlara aşılanmasının radikalizmin qarşısının alınmasında ən güclü vasitə olduğunu diqqətə çatdırıb.
İmişli şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Adıgözəl Bəşirov bildirib ki, milli-mənəvi dəyərlərimizə, tarixi-dini abidələrimizə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən qayğının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu müsbət dinamika Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
Seminar-müşavirənin sonunda qeyd olunub ki, maarifləndirmə məqsədilə keçirilən və gənclərin dini radikalizmlə mübarizədə fəaliyyətlərinin gücləndirilməsi baxımından bu cür tədbirlər gələcəkdə də davam etdiriləcək.  
 


Son baxılan xəbərlər

Qubada “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq öz işini ...

Press-relizlər
14.11.2018 / 15:00
Ətraflı oxu

Ucarda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
03.05.2019 / 09:35
Ətraflı oxu

İmişlidə seminar-müşavirə: “Məzhəbçilik - dini təhlükəsizliyə təhdid kimi”

Press-relizlər
09.04.2019 / 15:34
Ətraflı oxu

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

Press-relizlər
31.10.2018 / 17:14
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
04.09.2018 / 15:09
Ətraflı oxu

20 Yanvar şəhidləri Lənkəranda anılıb

Press-relizlər
19.01.2018 / 17:27
Ətraflı oxu