Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər / 16.02.2018 / 16:15

Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xəzər rayonu Mərdəkan qəsəbəsi "Heydər Cümə" məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin Azərbaycan modeli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov, Mərdəkan qəsəbəsi "Heydər Cümə" məscidi dini icmasının sədri Rahim Babayev, Mərdəkan qəsəbəsi “Tubu şah” məscidinin imamı Saleh Qafarov və dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri R.Babayev həyata keçirilən layihənin əhəmiyyətindən danışıb və dindarlara göstərilən qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. İcma sədri bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov Prezident İlham Əliyevin humanitar siyasətində ən önəmli məsələnin dini maarifçiliyin genişlənməsi məsələsi olduğunu qeyd edib. S.Yoldaşov 2017-ci ilin İslam Həmrəyliyi ili elan olunmasının təkcə Azərbaycanda deyil, beynəlxalq müstəvidə mütərəqqi bir addım olduğunu qeyd edərək, bu həmrəyliyin gələcəkdə də qorunmasında dini icmalar və din xadimlərinin üzərinə düşən vəzifənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycanın dünya ölkələrinə təqdim etdiyi multikultural modelin xalqların dostluq və mehriban şəraitdə birgə yaşamasını təmin edən model olduğunu qeyd edib.
Daha sonra çıxış edən Mərdəkan qəsəbəsi “Tubu şah” məscidinin imamı S.Qafarov Azərbaycanın tarix boyu digər xalqlara və millətlərə hörmətlə yanaşdığını, müxtəlif milli-mənəvi dəyərlərin rahat bir şəkildə yaşandığı bir ölkə olduğunu vurğulayıb. O, qarşılıqlı hörmət və tolerantlığı öz həyat tərzimizə çevirdiyimizi tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
  


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Press-relizlər
23.11.2018 / 17:00
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ kanalına müsahibə verib

Press-relizlər
24.10.2018 / 15:54
Ətraflı oxu

Qubada “İnsan Hüquqları Aylığı” çərçivəsində videokonfrans keçirilib

Press-relizlər
09.06.2020 / 11:31
Ətraflı oxu

Bakıda “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər
03.03.2017 / 12:39
Ətraflı oxu

Dövlət Komitəsində ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Press-relizlər
22.12.2014 / 18:01
Ətraflı oxu

“Aprel döyüşləri – tariximizin şanlı səhifəsi” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.04.2019 / 11:43
Ətraflı oxu