Dini radikalizmə qarşı maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 15.02.2018 / 10:01

Fevralın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və “BP Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə dini radikalizmə qarşı mübarizəyə dair növbəti maarifləndirici xarakterli tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov, Vasif Musayev və “BP Azərbaycan” şirkətinin əməkdaşları iştirak ediblər.
Öncə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Samir Yoldaşov çıxışında bildirib ki, Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət, anlaşma, sülh şəraitində birgə yaşayır və mövcud vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühitinin mütərəqqi tarixi ənənələri var. O qeyd edib ki, hazırda dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq və həmrəylik müsəlman xalqları arasında əməkdaşlığı daha da artıraraq İslam dünyasında, eyni zamanda bütün dünyada tərəqqinin, sülhün bərqərar olmasına və möhkəmlənməsinə səbəb olacaqdır.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev terrorizm, ekstremizm, radikalizm kimi ifadələrin İslam adı ilə yanaşı çəkilməsinin çox acınacaqlı hal olduğunu bildirib. Bəşəriyyət tarixinə, mədəniyyətinə, elminə öz töfhələrini verən, onu zənginləşdirən İslam dininin bütün sülhsevər, səmavi, ənənəvi dinlərin ideya və prinsiplərinə ehtiramla yanaşdığını və onlarla dialoq, əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.
Tədbirdə daha sonra mövzu ilə bağlı iştirakçıların çıxışları dinlənilib, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
  


Son baxılan xəbərlər

Mübariz Qurbanlı:" Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva ...

Müsahibələr
29.12.2014 / 12:46
Ətraflı oxu

Müşfiqabadda “Dini ekstremizm və məzhəblərarası vəhdət” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.12.2016 / 11:15
Ətraflı oxu

Dini icmalara avtomobillər təqdim edilib

Xəbərlər
09.10.2018 / 16:26
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci ilin yekunlarına həsr edilən Hesabatı çap edildi

Kitablar
12.05.2016 / 14:53
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-da səfərdədir

Xəbərlər
15.07.2019 / 10:34
Ətraflı oxu

Bakıda “Dini təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.06.2018 / 18:01
Ətraflı oxu