Siyəzəndə “Vətən sevgisi imandandır” mövzusunda tədbir keçirilib

Press-relizlər / 15.02.2018 / 15:48

Fevralın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Siyəzən rayonu Zarat kəndində “Vətən sevgisi imandandır” mövzusunda növbəti tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy, Siyəzən RİH başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vaqif Şahbazov, Zarat kənd tam orta məktəbinin direktoru Səadət Ələkbərova və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Səadət Ələkbərova açıb və qeyd edib ki, son illər ölkə miqyasnda dini maarifləndirmə sahəsində xeyli işlər görülüb. O, xüsusilə gənclər və yeniyetmələrin maarifləndirilməsi üçün keçirilən tədbirlərin önəminə toxunub.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy Vətən sevgisinin gənc nəslə aşılanmasından, dini radikalizmin cəmiyyət üçün fəsadlarından, qeyri-ənənəvi dini qrupların metodologiyası və təbliğat metodlarından bəhs edib. Qeyd edib ki, radikal qruplaşmalar insanların Vətənə bağlılığını sarsıtmaq üçün din amilindən istifadə edirlər.
Siyəzən RİH başçısının Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vaqif Şahbazov dövlət-din münasibətlərinə toxunaraq bildirib ki, bu gün Azərbaycandakı mövcud tolerant mühit dövlətimizin həyata keçirdiyi düzgün siyasətin nəticəsidir.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
 


Son baxılan xəbərlər

Masallıda “Gənclər arasında zərərli vərdişlərə və narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.10.2016 / 16:11
Ətraflı oxu

Astarada “Dövlət-din münasibətlərinin Azərbaycan modeli” mövzusu müzakirə olunub

Press-relizlər
16.05.2018 / 17:01
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial ...

Müsahibələr
29.12.2019 / 14:59
Ətraflı oxu

Mehriban Əliyeva: "Azərbaycan dünyada millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzinə çevrilib"

İSLAM HƏMRƏYLİYİ İLİ
27.12.2017 / 16:56
Ətraflı oxu

Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib

Press-relizlər
11.10.2018 / 14:23
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu