Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 14.02.2018 / 18:04

Fevralın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə 2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məsul əməkdaşları, eləcə də AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Elvüsal Məmmədov iştirak ediblər.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dini radikalizmin yaranması səbəblərindən, onun yaratdığı fəsadlardan, ölkəmizdə dini radikalizmə qarşı aparılan mübarizədən danışıb. O, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib, dövlət tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində aparılan siyasətdən danışıb.
AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Elvüsal Məmmədov çıxışında ölkəmizdə hökm sürən dinlərarası tolerantlıq mühiti haqqında danışıb. Bildirib ki, Azərbaycanda dünyaya nümunə ola biləcək dinlərarası tolerantlıq mövcuddur. O, həmçinin ölkəmizin müsəlman ölkələri arasında həmrəyliyə verdiyi töhfələrdən bəhs edib.
17 saylı cəzaçəkmə müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini Namiq Qocayev dini radikalizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edərək bildirib ki, bu tədbirlər məhbusların dini radikalizm və ekstremizmə qarşı maarifləndirilməsində mühüm rol oynayır. Dini radikalizm və ekstremizmə qarşı məzhəblərarası vəhdətin əhəmiyyətindən danışan N.Qocayev bu baxımdan ölkəmizin nümunə ola biləcəyini qeyd edib.
Penitensiar Xidmətin Tərbiyə işinin təşkili İdarəsinin böyük inspektoru Ramin Osmanov İslamın sülh dini olduğunu, terrora heç bir aidiyyatı olmadığını bildirib. O, Azərbaycanın tolerant ölkə olduğunu diqqətə çatdırıb.


Son baxılan xəbərlər

Bərdədə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
20.12.2018 / 16:06
Ətraflı oxu

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib

Press-relizlər
24.05.2018 / 17:50
Ətraflı oxu

Prezident İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub

Xəbərlər
20.07.2018 / 17:37
Ətraflı oxu

Rusiyada “Dinlərarası sülhü əldə etmək yolları: din xadimlərinin, diplomatların və ictimai xadimlərin rolu” mövzusunda ...

Press-relizlər
27.03.2019 / 16:33
Ətraflı oxu

Göygöldə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb

Press-relizlər
26.04.2018 / 17:56
Ətraflı oxu