Saatlıda “İslam həmrəyliyi radikalizmə və ekstremizmə qarşıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər / 14.02.2018 / 14:30

Fevralın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Saatlı rayonu Qazanbatan kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi sülhə və əmin-amanlığa çağırışdır” layihəsi çərçivəsində “İslam həmrəyliyi radikalizmə və ekstremizmə qarşıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı rayonu Qazanbatan  kənd məscidi dini icmasının sədri Kamil Laçınov, dini icma üzvləri, dindarlar, kənd  ağsaqqalları və gənclər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə Saatlı rayonu Qazanbatan kənd məscidi dini icmasının sədri Kamil Laçınov açaraq, Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi yaşadığını, dini-mənəvi dəyərlərə qarşılıqlı ehtiramla yanaşıldığını, tolerantlıq və həmrəyliyin hökm sürdüyünü bildirib. İslam həmrəyliyinin Azərbaycan modeli haqqında danışan icma sədri, ölkəmizin müsəlman dünyasını, bütövlükdə bütün dünyanı sülh və həmrəyliyə çağırdığını qeyd edib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov Prezident İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyətindən danışaraq, bunun dövlət başçısının müsəlman dünyasının həmrəyliyinə verdiyi önəmin göstəricisi olduğunu qeyd edib. E.İbrahimov dini radikalizm, ekstremizm və dini ifratçılığın törətdiyi fəsadlardan, ölkəmizdə İslam dəyərlərinin qorunması istiqamətində görülən işlərdən danışıb,  gənclərin qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremist qrupların təsirindən qorunmasında dindarların və din xadimlərinin üzərinə düşən vəzifələri diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.


Son baxılan xəbərlər

Zərdabda “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
15.01.2018 / 09:34
Ətraflı oxu

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.04.2017 / 15:03
Ətraflı oxu

“Open doors” (Açıq qapılar) gözlərini açsa daha yaxşı olar”

Bəyanat
19.01.2013 / 15:51
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Gününü təntənəli şəkildə qeyd edib

Multikulturalizm
17.11.2016 / 10:44
Ətraflı oxu

Horadizdə Ramazan ayının başlaması münasibətilə dindarlarla görüş keçirilib

Press-relizlər
18.05.2018 / 17:45
Ətraflı oxu

Hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
13.03.2019 / 10:04
Ətraflı oxu