Şabranda “Vətən sevgisi imandandır” mövzusunda tədbir keçirilib

Press-relizlər / 13.02.2018 / 17:11

Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Şabran Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Şabran şəhər Mədəniyyət Mərkəzində “Vətən sevgisi imandandır” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Şabran RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fikrət Nuşiyev, Şabran şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, müəllimlər, rayon ağsaqqalları, dindarlar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Şabran RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fikrət Nuşiyev çıxışında təmsil etdiyi qurumun dini maarifləndirmə sahəsində Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi tədbirlərdən bəhs edib. O qeyd edib ki, gənclərin, yeniyetmələrin düzgün dini biliklərə yiyələnməsi vacibdir və bu məqsədlə keçirilən tədbirlərin əhəmiyyəti böyükdür.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi haqqında danışaraq qeyd edib ki, sənədli film Vətənin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın şücaətlərindən və onların valıdeynlərinin keçirdiyi qürur hissindən bəhs edir. Eyni zamanda, filmdə dini radikalizmin qurbanı olmuş və başqa dövlətlərdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşərək həlak olmuş həmvətənlərimizin valideynlərinin ağrı və acıları nümayiş etdirilir.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi nümayiş etdirilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.
  


Son baxılan xəbərlər

Şəkidə “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
15.11.2016 / 14:21
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin sədrini qəbul edib.

Press-relizlər
28.10.2014 / 14:34
Ətraflı oxu

Zığ qəsəbəsində “Azərbaycan Respublikası Xalq Cümhuriyyəti dövründə Azərbaycan mədəniyyəti" mövzusunda tədbir keçirilib

Press-relizlər
22.05.2018 / 09:52
Ətraflı oxu

Qobustanda “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.04.2018 / 15:38
Ətraflı oxu

Beyləqanda “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri - dini radikalizm” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
20.04.2018 / 17:34
Ətraflı oxu

Saatlıda dini icma sədrləri və din xadimləri ilə görüş olub

Press-relizlər
05.06.2018 / 16:30
Ətraflı oxu