Lənkəranda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 13.02.2018 / 15:59

Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Səpnəkəran kənd tam orta məktəbində “Gəncləri radikal dini cərəyanlardan necə qoruyaq?” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Səpnəkəran kənd tam orta məktəbinin direktoru Sevda Zəkəriyayeva, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Səpnəkəran kənd tam orta məktəbinin direktoru Sevda Zəkəriyayeva çıxışında ölkə gənclərinin milli-mənəvi dəyərlərə, yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib. S.Zəkəriyayeva gənclər arasında dini radikalizm, ekstremizmə qarşı mübarizə məqsədilə keçirilən tədbirlərin müstəsna əhəmiyyəti olduğunu bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verərək, dini radikalizmə qarşı mübarizədə elm və təhsilin əhəmiyyətini vurğulayıb. E.Həmidli, həmçinin DQİDK-nın bu istiqamətdə həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında danışıb. Əlavə edib ki, bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizm və digər zərərli vərdişlərdən qorunması, milli-mənəvi dəyərlərin və  vətənpərvərliyin təbliğ olunmasıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “İki sahil” qəzetinə müsahibəsi

Müsahibələr
02.11.2016 / 10:39
Ətraflı oxu

Azərbaycan diplomatiyasının növbəti uğuru

Xəbərlər
01.07.2020 / 10:08
Ətraflı oxu

Gündüz İsmayılov: "İslam meydana çıxdığı gündən elm öyrənməyi, təhsil almağı ibadət səviyyəsinə qədər yüksəldib"

Press-relizlər
24.10.2018 / 15:46
Ətraflı oxu

Bakıda müəllim və valideynlərin iştirakı ilə “Radikalizm və onun fəsadları” mövzusu müzakirə olunub

Xəbərlər
27.05.2019 / 17:34
Ətraflı oxu

Lənkərandakı N saylı hərbi hissədə “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” mövzusunda ...

Press-relizlər
17.08.2018 / 15:26
Ətraflı oxu

Abşeron rayonunda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
02.09.2019 / 16:09
Ətraflı oxu