Qobuda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 12.02.2018 / 12:10

Fevralın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Abşeron rayonu Qobu qəsəbə 3 saylı tam orta məktəbində maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın əməkdaşı Şahlar Məmmədov, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Aytən Əfəndiyeva belə maarifləndirici tədbirlərin keçirilməsini yüksək qiymətləndirib, Dövlət Komitəsinin dini maarifləndirmə istiqamətində gördüyü işlərin, o cümlədən DQİDK-nın sifarişi ilə çəkilən sənədli filmlərin əhəmiyyətini vurğulayıb.
DQİDK-nın əməkdaşı Şahlar Məmmədov son dövrlərdə dünyada din adı altında törədilən qanlı cinayətlər və onların acı nəticələrindən bəhs edib. O, dini radikalizm və ekstremizmə qarşı aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətinə də toxunub.      
Daha sonra  Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
 
 


Son baxılan xəbərlər

Astarada dini radikalizm və onun fəsadları mövzusu müzakirə olunub

Press-relizlər
14.02.2019 / 10:55
Ətraflı oxu

Müşfiqabadda “Dini ekstremizm və məzhəblərarası vəhdət” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.12.2016 / 11:15
Ətraflı oxu

Mingəçevirdə dini icmaların hesabatları dinlənilib

Press-relizlər
29.01.2019 / 15:30
Ətraflı oxu

Astarada Ramazan ayının başlanması ilə bağlı tədbir keçirilib

Press-relizlər
02.05.2019 / 12:41
Ətraflı oxu

Ağdamda “Gənclər arasında dini radikalizm və onun təzahür formaları" mövzusu müzakirə olunub

Press-relizlər
28.11.2019 / 14:46
Ətraflı oxu

Mübariz Qurbanlı: “Ölkəmizin özünəməxsusluğu ondadır ki, İslam dövlətləri arasındakı problemlərdə münsif rolunu oynaya bilir”

Xəbərlər
07.02.2019 / 10:50
Ətraflı oxu