Masallıda vətənpərvərlik mövzusunda tədbir keçirilib

Press-relizlər / 09.02.2018 / 17:11

Fevralın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Rəhim Tağıyev adına Masallı rayon Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, şəhid ailələri, yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva Vətənin müqəddəsliyindən danışıb, onu qorumağın hər birimizin borcu olduğunu qeyd edib.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov bildirib ki, ölkəmiz bəşər dünyasına Nizami, Füzuli, Nəsimi kimi dahilər bəxş edib. O, həmçinin tarix boyunca yurdumuza göz dikmiş düşmənlərə qarşı mübarizə aparmış qəhrəmanlarımız haqqında danışıb.
Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov və şəhid ailələrinin üzvləri şəhid ailələrinə göstərilən hərtərəfli dövlət qayğısından bəhs ediblər. 
 


Son baxılan xəbərlər

Vətəni sevmək imandandır

Press-relizlər
04.04.2018 / 17:09
Ətraflı oxu

Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub

Xəbərlər
19.01.2019 / 12:14
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
13.02.2019 / 15:23
Ətraflı oxu

Prezident İlham Əliyev:Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur

Xəbərlər
16.07.2018 / 17:35
Ətraflı oxu

“Gəncləri dini radikalizm və digər zərərli vərdişlərdən qoruyaq” mövzusunda tədbir keçirilib

Press-relizlər
12.02.2020 / 15:29
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
17.10.2019 / 17:28
Ətraflı oxu