Füzuli məktəblilərinə “Şəhadət” sənədli filmi təqdim olunub

Press-relizlər / 09.02.2018 / 15:34

Fevralın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Füzuli rayonunun “Zobcuq-4” qəsəbəsində DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
34 saylı tam orta məktəbində keçirilən tədbirdə Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, məktəbin direktoru Fəxrəddin Mehdiyev, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri Füzuli RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Qabil Əliyev açaraq DQİDK-nın sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filminin gənclərin dini radikalizmə qarşı maarifləndirilməsində və onların vətənpərvərlik ruhunda formalaşmasındakı əhəmiyyətindən danışıb. Qeyd edib ki, İslamda cihad anlayışı böyük məna daşıyır və cihad adı altında başqa dövlətlərdə fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmağın İslam dini ilə heç bir əlaqəsi yoxdur.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Ağdamda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
18.05.2018 / 15:15
Ətraflı oxu

Allahşükür Paşazadə: Azərbaycanda məzhəblər arasında fikirayrılığından istifadə etmək istəyən düşmənlər çoxdur

Xəbərlər
14.02.2015 / 10:55
Ətraflı oxu

Mübariz Qurbanlı: "Müxtəlif dini radikal qrupların istifadə etdiyi atributları qadağan edən norma yaratmalıyıq"

Müsahibələr
06.11.2015 / 17:34
Ətraflı oxu

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələri ilə görüşüb

Press-relizlər
20.09.2019 / 14:55
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Trend-ə müsahibəsi

Müsahibələr
07.06.2016 / 10:07
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.10.2018 / 17:37
Ətraflı oxu