Prezidentin Sərəncamı bölgələrdə uğurla icra olunur

Arxiv / 09.02.2018 / 09:55

Fevralın 8-də Qax şəhərində Qax şəhər məscidi dini icmasının həyata keçirdiyi “Mədəniyyət və din” adlı layihə çərçivəsində “Mədəni-dini abidələrimiz” adlı növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov, Qax rayonu Mədəniyyət evinin rəhbərliyi və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Hacı Əsgərov milli-mənəvi dəyərlərimiz haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Onu da bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilir.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov çıxışında  mədəni-dini abidələrimiz haqqında ətraflı məlumat verib.
Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə həsr olunan “Şəhadət” sənədli filmi nümayiş olunduqdan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
  


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak edib

Xəbərlər
12.04.2018 / 14:11
Ətraflı oxu

Səyavuş Heydərov: Dini təhlükəsizlik milli təhlükəsizliyimizin başlıca tərkib hissəsidir

Açıqlama
09.04.2018 / 11:33
Ətraflı oxu

Masallıda “İslam həmrəyliyi radikalizmə və ekstremizmə qarşıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.12.2017 / 17:03
Ətraflı oxu

Göyçayda "Qadın və cəmiyyətimiz" mövzusunda tədbir keçirilib

Press-relizlər
06.03.2019 / 11:57
Ətraflı oxu

Dini ekstremizm ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdiddir

Press-relizlər
11.09.2018 / 11:02
Ətraflı oxu

Prezident İlham Əliyev İranın Sərhəd Qoşunları komandanının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
11.12.2018 / 12:16
Ətraflı oxu