Prezident İlham Əliyev: “Multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınırıq”

Xəbərlər / 09.02.2018 / 09:29

“Multikulturalizm bizim üçün həyat tərzidir. Ancaq yenə də əgər biz ətrafda gedən hadisələrə, Avropada, Yaxın Şərqdə, digər bölgələrdə ayrı-seçkiliyə, ksenofobiyaya rəvac verən, güclənən amillərə nəzər salsaq görərik ki, bizim bu sahədəki siyasətimiz təkcə ölkə daxili üçün deyil, dünya üçün də çox önəmlidir”. Bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınır: “Təsadüfi deyil ki, məhz bizim təşəbbüsümüzlə Azərbaycanda bu mövzu ilə bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirilib. Bu il 10 illiyini qeyd edəcəyimiz “Bakı Prosesi” bu gün BMT tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Onun da təşəbbüskarı biz olmuşuq. Avropa məkanını müsəlman aləmi ilə yaxınlaşdırmaq istəyimiz böyük nəticə verməsə də, hər halda müsbət tendensiyalara təkan verir. Biz öz siyasətimizi bu istiqamətdə davam etdirəcəyik. Yenə də deyirəm, ölkə daxilində hər hansı bir əlavə addımların atılmasına ehtiyac yoxdur. Ancaq biz bu şərəfli missiyanı beynəlxalq miqyasda davam etdirəcəyik”.
  

Son baxılan xəbərlər

Mübariz Qurbanlı Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirib

Açıqlama
27.11.2014 / 11:19
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Komitə sədrindən XƏBƏRDARLIQ: Radikal qruplar məscidlərdən uzaqlaşdırılacaq

Açıqlama
24.10.2014 / 12:30
Ətraflı oxu

Oğuz rayonunda“Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə olunub

Press-relizlər
11.10.2019 / 16:56
Ətraflı oxu

Dövlət Komitəsinin rəsmisi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun iclasında çıxış edib

Xəbərlər
25.09.2019 / 16:34
Ətraflı oxu

Şamaxıda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
12.03.2019 / 17:36
Ətraflı oxu