Göyçayda “Gənclərdə sağlam dini təfəkkürün formalaşdırılması” mövzusunda tədbir keçirilib

Press-relizlər / 07.02.2018 / 17:34

Fevralın 7-də Göyçay Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclərdə sağlam dini təfəkkürün formalaşdırılması” mövzusunda tədbir keçirilib.
Nizami Gəncəvi adına Göyçay şəhər 7 saylı tam orta məktəbində keçirilən tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Tamella Əfəndiyeva tədbirin əhəmiyyətindən danışıb.
Göyçay Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Zöhrabov bu gün bəşəriyyəti daha çox düşündürən və narahat edən dini radikalizm və ekstremizmin zərərləri barədə geniş məlumat verib. 
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, müasir dövrdə gənc nəslin milli-mənəvi dəyərlərimizə sadiq, vətənpərvərlik ruhunda tərbiyəsi mühüm məsələlərdən biridir. Natiq cəmiyətimiz üçün geniş dünyagörüşlü, tolerant, humanist ideyaları, ümumbəşəri dəyərləri özündə birləşdirən gənclər yetişdirməyin əhəmiyyətindən də söz açıb.
Daha sonra DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və digər natiqlər çıxış edərək Azərbaycanın dini baxımdan dünyanın ən tolerant ölkələrindən biri kimi tanındığını qeyd ediblər.
Tədbirin sonunda Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi nümayiş olunub.
   


Son baxılan xəbərlər

Zərdabda dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib

Press-relizlər
20.07.2018 / 09:39
Ətraflı oxu

Zaqatalada “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
25.09.2018 / 15:49
Ətraflı oxu

"Bidət- həqiqət və ifrat" kitabı

Kitablar
04.03.2015 / 12:42
Ətraflı oxu

“Cəmiyyət və dini radikalizm” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.12.2015 / 17:27
Ətraflı oxu

Lənkəranda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə tədbir keçirilib

Press-relizlər
07.05.2019 / 17:14
Ətraflı oxu

Səyavuş Heydərov: “Dünyəvilik və Azərbaycançılıq prinsiplərinin qorunması vacibdir”

Press-relizlər
12.10.2018 / 11:16
Ətraflı oxu