Mərdəkanda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər / 02.02.2018 / 15:28

Fevralın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xəzər rayonu Mərdəkan qəsəbəsi "Heydər Cümə" məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin Azərbaycan modeli” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Amal Məlikov, Mərdəkan qəsəbəsi "Heydər Cümə" məscidi dini icmasının sədri Rahim Babayev, Mərdəkan qəsəbəsi “Tubu şah”  məscidinin imamı Saleh Qafarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri R.Babayev layihə haqqında məlumat verərək dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyi və vəhdətin əhəmiyyətini vurğulayıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov İslam dininin vəhdət, həmrəylik və sülh dini olduğunu qeyd etməklə yanaşı, ölkəmizin müsəlman dünyasında İslam həmrəyliyinə böyük töhfə verdiyini diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq həyata keçirilib. 


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Salyanda tədbir keçirilib

Press-relizlər
07.06.2016 / 09:43
Ətraflı oxu

Beyləqanda “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
01.11.2019 / 16:27
Ətraflı oxu

Terrorizm və ekstremizm müasir dünya üçün ən ciddi təhdidlərdəndir

Xəbərlər
17.12.2019 / 17:28
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Məhərrəmlikdə dini ayinlərin evlərdə keçirilməsinə icazə verilməyəcək”

Açıqlama
30.09.2016 / 12:13
Ətraflı oxu

Göyçayda maarifləndirici tədbir keçirilib

Xəbərlər
30.11.2018 / 15:04
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.01.2019 / 14:29
Ətraflı oxu