Dövlət Komitəsinin sədri BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Press-relizlər / 01.02.2018 / 18:18

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 1-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qonağa ölkəmizdəki mövcud tolerantlıq mühiti və Komitənin fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanda əsrlər boyu müxtəlif etnik qrupların birgə yaşamaq və bir-birilərinə hörmət etmək ənənələrinə yiyələndiklərini, ölkəmizdəki dini müxtəlifliyin cəmiyyətimizin ayrılmaz xüsusiyyəti olduğunu bildirib.
Söhbət zamanı Azərbaycan həqiqətlərindən də söz açan Komitə sədri Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, həmçinin, regionda mədəniyyətlərarası dialoqa, demokratik dəyərlərə, ümumbəşəri prinsiplərə, habelə sülh və təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirilməli olduğunu qeyd edib.
Nümayəndəliyin rəhbəri xanım Elena Aymone Sessera BQXK-nın Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə danışıb. Dövlət Komitəsi ilə işgüzar əməkdaşlığın qurulmasında, eləcə də birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Sonda Mübariz Qurbanlı Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi “Azərbaycanın seçilmiş İslam abidələri”, “İşğal altındakı tarixi-dini abidələrimiz”, “Azərbaycanda dini müxtəliflik” kitablarını qonağa təqdim edib.
Elena Aymone Sessera səmimi qəbula və əməkdaşlıq üzrə əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün yaradılmış şəraitə görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.
 
 
 


Son baxılan xəbərlər

Masallıda "Cəmiyyətimizin sağlamlığı naminə narkomaniyaya qarşı birgə mübarizənin vacibliyi" mövzusunda tədbir keçirilib

Press-relizlər
06.06.2017 / 16:26
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu ilin 6 ayının yekunlarına həsr olunan kollegiya ...

Press-relizlər
18.07.2018 / 18:39
Ətraflı oxu

Milli Qurtuluşdan başlayan böyük yol

Press-relizlər
13.06.2020 / 10:04
Ətraflı oxu

“Dövlət-din münasibətləri: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

Press-relizlər
21.06.2019 / 16:30
Ətraflı oxu

Göyçayda “Zərərli vərdişlər, erkən nikah və dini radikalizmin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
29.03.2019 / 17:38
Ətraflı oxu

“Vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.12.2017 / 11:58
Ətraflı oxu