Dini radikalizm tolerantlıq prisiplərinə ziddir

Press-relizlər / 31.01.2018 / 15:42

Yanvarın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəsətəyi ilə Şəki rayonu Baş Zəyzid  kənd məscidi dini icmasının həyata keçirdiyi  “Dini radikalizm İslam həmrəyliyinə və tolerantlıq prisiplərinə ziddirlayihəsi çərçivəsində kənd kitabxanasında  maarifləndirmə tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev və şöbənin əməkdaşı Elvin Qarayev
, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Baş Zəyzid kənd məscidi dini icmasının sədri Ələsgər Rəhimov və kənd ictimaiyyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Ələsgər Rəhimov mövzunun əhəmiyyətindən bəhs edib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev çıxışında dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar, dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verib. O, həmçinin bildirib ki, Azərbaycanda tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkəmizin qədim dövlətçilik tarixi, o cümlədən bu ənənələrin inkişafını özündə ehtiva edən Azərbaycançılıq ideologiyası təşkil edir. 
Daha sonra çıxış edən QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov radikalizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin vacibliyindən, radikal dini cərəyanların fəaliyyətindən və onlara qarşı mübarizənin başlıca üsullarından bəhs edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
 
    


Son baxılan xəbərlər

Balakəndə “Dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.03.2019 / 15:54
Ətraflı oxu

“Dini radikalizm, zərərli vərdişlər və erkən nikaha qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.02.2019 / 17:32
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Əsas məqsədimiz dini maarifçilik işini yüksək səviyyəyə qaldırmaqdır”

Müsahibələr
21.07.2017 / 12:27
Ətraflı oxu

“İlahiyyatçı” qəzeti nəşrə başlayıb

Xəbərlər
04.01.2019 / 15:14
Ətraflı oxu

DQİDK sədrinin birinci müavini: “Din xadimləri də sosial şəbəkələrdən aktiv istifadə etməlidirlər”

Press-relizlər
23.08.2019 / 15:36
Ətraflı oxu

Göyçayda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş konfrans keçirilib

Press-relizlər
08.05.2019 / 09:56
Ətraflı oxu