Cocuq Mərcanlıda “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” mövzusunda tədbir keçirilib

Press-relizlər / 29.01.2018 / 10:02

Yanvarın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd məscidi dini icması tərəfindən “Azərbaycan gənci: millilik, qazilik, şəhidlik” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov, ilk I dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş Oqtay Həziyev, Cocuq Mərcanlı kənd məktəbinin direktoru Zamin Həziyev, dini icma sədri Elman Piriyev,  müəllimlər və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri və imam cüməsi Elman Piriyev qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Şuşa məscidinin oxşarı olan ilk məscid Cocuq Mərcanlıda tikilib və bu hadisə Azərbaycan Prezidentinin  Cocuq Mərcanlıya göstərdiyi diqqət və qayğı ilə yanaşı, həm də dövlətin dinə olan diqqət və qayğısının təzahürüdür. Bildirib ki, Azərbaycan ordusunun aprel döyüşlərində göstərdiyi şücaət və qəhrəmanlıq bizim qürur yerimizdir və gənclərimiz üçün vətənpərvərlik nümunəsidir.  
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehdixan Zeynalov məruzəsində dövlətin gənclər siyasətini və onlara göstərilən qayğını xüsusi olaraq vurğulayıb.
Mövzu ilə bağlı Cocuq Mərcanlı kənd məktəbinin direktoru Zamin Həziyev və başqaları çıxış edib, keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs ediblər.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
 


Son baxılan xəbərlər

Azərbaycan dünyada dini tolerantlığın mərkəzinə çevrilib

Arxiv
07.06.2016 / 14:46
Ətraflı oxu

10 və 11 saylı cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
25.10.2018 / 17:41
Ətraflı oxu

Xətaidə “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərə hörmət” mövzusunda tədbir keçirilib

Press-relizlər
27.11.2017 / 16:52
Ətraflı oxu

İlham Əliyevin modern dövlət modeli

Xəbərlər
24.12.2018 / 09:55
Ətraflı oxu

Xırdalanda Aprel döyüşlərinə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
23.04.2018 / 14:45
Ətraflı oxu

Füzulidə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
11.01.2018 / 09:52
Ətraflı oxu