Quba rayonu Zərdabi qəsəbəsində maarifləndirmə tədbiri baş tutub

Press-relizlər / 26.01.2018 / 17:10

Yanvarın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Quba rayonu Zərdabi qəsəbəsində “Vətən sevgisi imandandır” mövzusunda növbəti tədbir keçirilib.
Tədbirdə Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Quba RİH başçısının Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yalçın Tapdıqov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə giriş sözü ilə Quba RİH başçısı Aparatının nümayəndəsi Tariyel İbrahimov bildirib ki, dini məsələlərin müzakirəsinə və dini maarifləndirməyə həsr olunmuş tədbirlər həm rayon mərkəzində, həm də  kəndlərdə keçirilib. T. İbrahimov dini radikalizmin ailələrə və şəxslərə vurduğu fəsadlar haqqında danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev qeyd edib ki, dini radikalizmlə mübarizədə dövlətimiz böyük uğurlar əldə edib. Belə ki, həyata keçirilən maarifləndirmə tədbirlərinin müsbət nəticəsi kimi bu gün ölkəmizdə gənclər və yeniyetmələr arasında dini radikalizmə meyillənmə halları azalıb. DQİDK-nın sifarişi ilə ərsəyə gələn maarifləndirici sənədli filmlərdən söz açan E. Ağasiyev “Şəhadət” filminin də bu qəbildən olduğunu bildirib.
İƏD-in nümayəndəsi Yalçın Tapdıqov vurğulayıb ki, dini maarifləndirmə tədbirinin nəticəsi olaraq xüsusilə gənclər dini düzgün və doğru yöndən anlayacaq, radikalizmdən uzaq olacaqlar.
Daha sonra film nümayiş etdirilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib. 
 


Son baxılan xəbərlər

Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
14.02.2018 / 18:04
Ətraflı oxu

Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbirlər davam etdirilir

Press-relizlər
18.01.2018 / 15:43
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Qazaxıstan nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
31.01.2020 / 17:00
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.05.2019 / 16:18
Ətraflı oxu

AXC-nin yaranmasının 100 illiyi ilə bağlı Lənkəranda tədbir təşkil olunub

Press-relizlər
24.05.2018 / 14:31
Ətraflı oxu

Astarada “Dini və ideoloji təhlükəsizlik” mövzusunda regional seminar-müşavirə keçirilib

Press-relizlər
20.08.2019 / 16:17
Ətraflı oxu