“İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” mövzusu müzakirə olunub

Press-relizlər / 25.01.2018 / 15:59

Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Astara rayon Şahağacı kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Şahağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Sokrat Məmmədov, Şahağacı kənd məscidi dini icmasının sədri Nazim Əsədov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyətindən və ötən il bu istiqamətdə görülən işlərdən bəhs edib. T.Həsənzadə ölkəmizdə dinlərarası, məzhəblərarası həmrəylik və vəhdətin mövcud oldduğunu bildirib.
Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Şahağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Sokrat Məmmədov Azərbaycanda hökm sürən etnik-dini tolerantlıq mühitinin, milli-mənəvi dəyərlərin, müxtəlif dinlər arasındakı səmimi dialoqun xalqımızın qiymətli sərvəti olduğunu qeyd edib.
Şahağacı kənd məscidi dini icmasının sədri Nazim Əsədov və digərləri çıxışlarında keçirilən tədbirlərin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyətini vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Azərbaycanda tolerantlıq mühitinin qorunması Berlində keçirilən beynəlxalq konfransda da ...

Açıqlama
26.11.2018 / 17:59
Ətraflı oxu

Dövlət Komitəsində “Yehovanın Şahidləri”nin Avropa Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Press-relizlər
13.12.2019 / 15:01
Ətraflı oxu

Lənkəranda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir baş tutub

Press-relizlər
31.10.2019 / 14:00
Ətraflı oxu

DQİDK və Göyçay RİH-in birgə təşkilatçılığı ilə tədbir keçirilib

Press-relizlər
01.02.2019 / 10:24
Ətraflı oxu

ABŞ Konqresində Azərbaycandakı dövlət-din münasibətlərinə yüksək qiymət verilib (Foto)

Xəbərlər
07.02.2014 / 10:23
Ətraflı oxu

Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib

Press-relizlər
24.05.2018 / 17:50
Ətraflı oxu