İslam humanizm və həmrəylik dinidir

Press-relizlər / 25.01.2018 / 15:18

Yanvarın 25-də Lənkəran rayonu Ləj kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam humanizm və həmrəylik dinidir” adlı layihə çərçivəsində Ləj kənd məscidində “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin baş məsləhətçisi Mahir Qəniyev, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Ləj kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bayram Cəfərov,  Ləj kənd tam orta məktəbinin direktoru İlkin Yaqubov, dini icmanın sədri Əziz Şərifov, AMEA-nın doktorantı, Ləj kənd məscidinin imamı Samid Quliyev, ziyalılar, gənclər və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında Azərbaycanda bütün dinlərin və xalqların nümayəndələrinin bir ailə kimi yaşadığını, dini-mənəvi dəyərlərə qarşılıqlı ehtiramla yanaşıldığını, tolerantlıq və həmrəyliyin hökm sürdüyünü bildirib. İslam həmrəyliyinin Azərbaycan modeli haqqında danışan Q.Məmmədov ölkəmizin müsəlman dünyasını, bütövlükdə bütün dünyanı sülh və həmrəyliyə çağırdığını qeyd edib.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin baş məsləhətçisi Mahir Qəniyev Azərbaycan xalqına xas olan dözümlülük və həmrəyliyin müstəqil Azərbaycanın ən böyük sərvətlərindən olduğunu vurğulayıb. Dini radikalizm, ekstremizm və onların fəsadları haqqında məlumat verən M.Qəniyev milli-mənəvi dəyərlərimizin və İslam həmrəyliyinin təbliğ edilməsinin radikalizm və ekstremizmə qarşı mübarizədə əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Ləj kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bayram Cəfərov, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü Etibar Vəliyev, Ləj kənd tam orta məktəbinin direktoru İlkin Yaqubov, Ləj kənd məscidi dini icmasının sədri Əziz Şərifov, AMEA-nın doktorantı, Ləj kənd məscidinin imamı Samid Quliyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini, Milli Qəhrəman atası Ələkbər Əliyev çıxış edərək xalqımızın zəngin milli-mənəvi dəyərlərə sahib olduğunu bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
  


Son baxılan xəbərlər

“Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə ...

Press-relizlər
27.09.2018 / 12:00
Ətraflı oxu

Masallıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.10.2018 / 17:25
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
23.01.2018 / 14:41
Ətraflı oxu

Mübariz Qurbanlı: “Dini mövhumat, xurafat bütün dinlərin düşmənidir”

Xəbərlər
20.08.2019 / 12:15
Ətraflı oxu

Quba rayonunun Alpan kəndində “Fitnə” filmi nümayiş etdirilib

Press-relizlər
24.08.2016 / 13:17
Ətraflı oxu

“Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.11.2018 / 11:40
Ətraflı oxu