Lerikdə dini radikalizm fəsadları müzakirə olunub

Press-relizlər / 24.01.2018 / 11:33

Yanvarın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lerik rayon Şingədulan kənd tam orta məktəbində “Dini radikalizm və onun fəsadları” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının Şingədulan kənd üzrə nümayəndəsi Nəbi Mirzəyev, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərin təbliğinin bu baxımdan əhəmiyyətini qeyd edib. A.Həsənov Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında danışıb. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hislərinin  təbliğ olunmasıdır.
Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının Şingədulan kəndi üzrə nümayəndəsi Nəbi Mirzəyev və başqaları çıxışlarında şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edərək,gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin və maarifləndimənin əhəmiyyətini vurğulayıblar.
Sonda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
    

Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Əsas məqsədimiz dini maarifçilik işini yüksək səviyyəyə qaldırmaqdır”

Müsahibələr
21.07.2017 / 12:27
Ətraflı oxu

Zərdabda "Aprel şəhidləri - Azərbaycan gəncliyinin qüruru" adlı maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.04.2018 / 17:21
Ətraflı oxu

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Allahşükür Paşazadə: Azərbaycanda məzhəblər arasında fikirayrılığından istifadə etmək istəyən düşmənlər çoxdur

Xəbərlər
14.02.2015 / 10:55
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.10.2018 / 17:37
Ətraflı oxu

Dini icmalara avtomobillər təqdim edilib

Xəbərlər
09.10.2018 / 16:26
Ətraflı oxu