"Dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 24.01.2018 / 16:03

Yanvarın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bərdə rayon Lənbəran  kənd “Hacı Həmid” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi: ortaq dəyərlər əsasında” layihəsi çərçivəsində “Dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bölgə qazısı Ramazan Hüseynov, Bərdə rayon Uğurbəyli kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev, Lənbəran kənd “Hacı Həmid” məscidi dini icmasının  sədri Əkrəm Əfəndiyev, eləcə də dindarlar və kənd sakinləri iştrak ediblər.
Tədbiri giriş sözü ilə açan Lənbəran kənd “Hacı Həmid” məscidi dini icmasının  sədri Əkrəm Əfəndiyev İslam dinində radikalizmə yer olmadığını, islami dəyərlərin sülh və əmin-amanlığı təbliğ etdiyini qeyd edib. Bununla yanaşı, dini icma sədri xüsusən də gənclərin dini radikalizmdən qorunmasının vacib olduğunu bildirib, valideynlərə bu istiqamətdə diqqətli olmağı tövsiyə edib.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov radikal fikirlərin cəmiyyətdə yol açdığı fəsadlardan, eləcə də dini radikalizm və ekstremizmə qarşı mübarizə üsullarından bəhs edib. Əlisa Fərəcov Prezident İlham Əliyevin tolerant, multikultural və həmrəylik dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi siyasətin nəticələri barədə danışıb, ölkəmizin dünyada nümunə kimi qəbul edilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
Mövzu ilə bağlı çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov layihə çərçivəsində keçirilmiş tədbirlər barədə məlumat verib, gənclərin dini maarifləndirmə tədbirlərində iştirak etmələrinin əhəmiyyətini vurğulayıb.
Mövzu ilə bağlı QMİ-nin bölgə qazısı Ramazan Hüseynov və Uğurbəyli kənd məscidi dini icmasının sədri Səbuhi Hacıyev çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və DQİDK-nın razılığı ilə nəşr edilmiş dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq həyata keçirilib.
 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Məhərrəmlikdə dini ayinlərin evlərdə keçirilməsinə icazə verilməyəcək”

Açıqlama
30.09.2016 / 12:13
Ətraflı oxu

Balakən məktəblilərinə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
21.02.2018 / 15:01
Ətraflı oxu

Nahid Məmmədov: “Məhərrəmliklə bağlı bizim əsas diqqətimiz bu mərasimlərin ölkə üzrə məscidlərimizdə Qafqaz Müsəlmanları ...

Müsahibələr
21.08.2019 / 09:35
Ətraflı oxu

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aşağıdakı vakansiyalar üzrə daxili müsahibə elan ...

Xəbərlər
09.10.2018 / 14:27
Ətraflı oxu

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

Press-relizlər
31.10.2018 / 17:14
Ətraflı oxu

Müstəqilliyimizi xilas etmiş və əbədiləşdirmiş lider

Press-relizlər
18.06.2019 / 09:52
Ətraflı oxu