Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər / 24.01.2018 / 12:42

Yanvarın 24-də Ağstafa rayon Dağ Kəsəmən kənd “Eyyub ağa” məscidi dini icmasının “İslam həmrəyliyi sülhə və əminamanlığa çağırışdır” layihəsi çərçivəsində Rayon Texniki və humanitar fənlər üzrə liseyində “İslam dinində Vətənə və xalqa sevgi” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Namiq Talıbov, DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, şöbənin əməkdaşı Pərvin Zeynalov, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev, Rayon Texniki və humanitar fənlər üzrə liseyin direktoru Nağı Nağıyev, icma sədri Hüseyn Hüseynov, icma üzvləri, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev mövzunun əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən Dövlət Komitəsinin əməkdaşı Namiq Talıbov vurğulayıb ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir.
N. Talıbov onu da qeyd edib ki, gənclərimizdə Vətənə məhəbbət hissini aşılamaq, bu sahədə təbliğat işləri aparmaq hər kəsin üzərinə düşən əsas vəzifələrdəndir. Bildirib ki, Vətəni sevmək, onu qorumaq üçün gənclərimiz milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmalıdırlar.
Daha sonra çıxış edən DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Rayon Texniki və humanitar fənlər üzrə liseyin direktoru Nağı Nağıyev, icma sədri Hüseyn Hüseynov və başqaları dinə və dindarlara göstərilən diqqət və qayğıya görə dövlət başçımıza minnətdarlıqlarını bildiriblər.
  


Son baxılan xəbərlər

Dövlət Komitəsinin dəstəyi ilə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
17.07.2015 / 19:04
Ətraflı oxu

Ələt qəsəbəsində dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub

Press-relizlər
22.11.2017 / 16:39
Ətraflı oxu

Gündüz İsmayılov: “DQİDK dini radikalizm və xurafata qarşı həm inzibati, həm də maarifçilik istiqamətində ...

Press-relizlər
25.09.2019 / 12:18
Ətraflı oxu

Şirvanda “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə edilib

Xəbərlər
24.09.2019 / 15:26
Ətraflı oxu

Həqiqi müstəqilliyin, qüdrətli dövlətçiliyin və milli inkişafın əsasının qoyulduğu möhtəşəm tarix

Xəbərlər
03.10.2019 / 09:29
Ətraflı oxu

Ağstafada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib

Press-relizlər
02.10.2019 / 15:33
Ətraflı oxu