Mərdəkanda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər / 22.01.2018 / 17:26

Yanvarın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xəzər rayonu Mərdəkan qəsəbəsi "Heydər Cümə" məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin Azərbaycan modeli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, Mərdəkan qəsəbəsi "Heydər Cümə" məscidi dini icmasının sədri Rahim Babayev, Mərdəkan qəsəbəsi “Tubu şah” məscidinin imamı Saleh Qafarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri R.Babayev layihə haqqında məlumat verərək humanist dəyərlərlə zəngin olan İslam dininin olduğu kimi təbliğ olunmasının vacibliyini vurğulayıb, dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin, müsəlmanlar arasındakı vəhdətin, birliyin gücləndirilməsinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı H.Gülməmmədov bir neçə gün öncə ildönümünü qeyd etdiyimiz 20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq salnaməsi olduğunu, qəhrəmanlıqlarla zəngin olan tariximizin növbəti şərəfli səhifəsini təşkil etdiyini, bu qanlı əməlləri törədənlərin tarix qarşısında cavab verəcəklərini diqqətə çatdırıb.
Mərdəkan qəsəbəsi “Tubu şah” məscidinin imamı S.Qafarov dinimizdə Vətən və torpaq sevgisi, Vətəni sevməyin müqəddəsliyi haqqında fikirlərini bildirərək, Vətənə bağlılığın, məhəbbətin insanda ən böyük mənəvi dəyər, ülvi hiss olduğunu qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq həyata keçirilib.
 


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: Azərbaycanda müxtəlif mədəniyyətlərə və dinlərə münasibətdə hörmət və tolerantlıq ənənəsi var

Press-relizlər
01.12.2020 / 16:59
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
20.07.2018 / 12:38
Ətraflı oxu

Ağstafada “N” saylı hərbi hissədə tədbir keçirilib

Press-relizlər
28.06.2019 / 17:37
Ətraflı oxu

Xəzər rayonunda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
21.11.2019 / 09:11
Ətraflı oxu

Prezidentin Sərəncamı respublikamızda uğurla icra olunur

Press-relizlər
25.01.2018 / 11:48
Ətraflı oxu

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Azadlıq Radiosuna müsahibəsi

Xəbərlər
07.11.2014 / 17:43
Ətraflı oxu