“İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və şəhidlik” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 19.01.2018 / 16:55

Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Lənkəran rayonu Ləj kənd məscidi dini icması tərəfindən həyata keçirilən “İslam humanizm və həmrəylik dinidir” adlı layihə çərçivəsində rayonun Ləj kəndində “İslam həmrəyliyi, milli-mənəvi dəyərlərimiz və şəhidlik” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, AMEA-nın doktorantı, Ləj kənd məscidinin imamı Samid Quliyev, Ləj kənd məscidi dini icmasının sədri Əziz Şərifov, müəllimlər və şagirdlər iştirak edib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli  çıxışında 20 yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı məlumat verərək, Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsinin xalqımız və dövlətimiz tərəfindən ehtiramla yad edildiyini bildirib. E.Həmidli, həmçinin Azərbaycanda hökm sürən milli-dini dözümlülük mühiti, həmrəylik və dini icmalar arasındakı qarşılıqlı hörmət və etimadın ölkəmizin dünyada tolerantlıq örnəyi kimi tanınmasına səbəb olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Ləj kənd tam orta məktəbinin tarix müəllimi  Aqşin Əliyev çıxışında 20 Yanvar hadisələri ilə bağlı ətraflı məlumat verərək, bu qanlı hadisələrin xalqımızın qəhrəmanlıq tarixində önəmli yer tutduğunu vurğulayıb. A.Əliyev gənclərimizin milli-mənəvi dəyərlərə və vətənpərvərlik keyfiyyətlərinə malik olmalarının əhəmiyyətli olduğunu bildirib.
AMEA-nın doktorantı, Ləj kənd məscidinin imamı Samid Quliyev “İslamda şəhidlik” mövzusunda çıxış edərək, İslam dinində şəhidlik zirvəsinin uca tutulduğunu, şəhidlərin ölməz olduğunu qeyd edib.
Ləj kənd məscidi dini icmasının sədri Əziz Şərifov və digərləri çıxışlarında gənclər arasında İslam həmrəyliyinin, multikultural dəyərlərin və vətənpərvərliyin təbliğini yüksək qiymətləndiriblər. Natiqlər xalqımızın zəngin milli-mənəvi dəyərlərində mütərəqqi İslami dəyərlərin əhəmiyyətli yeri və rolunu vurğulayıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə  dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün  2014-cü il noyabrın 27-də imzaladığı  Sərəncamına əsasən keçirilib.
Tədbirdən sonra Azərbaycanın milli qəhrəmanı Əskər Əliyevin və şəhid Natiq Aslanovun abidələri ziyarət edilib, ruhuna dualar oxunub.
 


Son baxılan xəbərlər

Azərbaycanla İran arasında din və mədəniyyət sahələrində əlaqələr yüksək səviyyədədir

Press-relizlər
12.05.2016 / 16:34
Ətraflı oxu

“Dini radikalizmlə mübarizə: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.11.2018 / 15:21
Ətraflı oxu

Saray qəsəbəsində “Azərbaycan dinlərarası tolerantlığın məkanı kimi” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
15.12.2017 / 16:15
Ətraflı oxu

AXC-nin yaranması tariximizin şanlı səhifələrindəndir

Press-relizlər
23.05.2018 / 15:28
Ətraflı oxu

“Dini radikalizmə və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
23.10.2018 / 14:56
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Özbəkistan səfiri ilə görüşüb

Xəbərlər
30.09.2020 / 13:39
Ətraflı oxu