Göyçayda 20 yanvar şəhidləri anılıb

Press-relizlər / 18.01.2018 / 18:01

Yanvarın 18-də Göyçay Rayon İcra Hakimiyyəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi, Yeni Azərbaycan Partiyasının (YAP) Göyçay rayon təşkilatı və Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayonda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova 20 Yanvar faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışaraq bu hadisənin Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olduğunu qeyd edib. O vurğulayıb ki, 20 Yanvar faciəsinin ildönümü hər il respublikamızın hər yerində qeyd olunur. Natiq, eyni zamanda, şəhid ailələrinə dövlət qayğısından da danışıb.
YAP-nın Göyçay rayon təşkilatının sədri Sahib Şükürov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana qayıtdıqdan sonra da 20 Yanvar faciəsinin araşdırılmasını və bu hadisəyə hüquqi-siyasi qiymətin verilməsi məsələsini diqqətində saxladı. Vurğulayıb ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərarda 20 Yanvar faciəsinə ilk hüquqi-siyasi qiymət verildi.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Azərbaycan Milli Qəhrəmanları təşkilatının sədri Ədalət Məhərrəmov və Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayeva öz ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan və şəhidlik zirvəsinə ucalan mərd Vətən övladlarının xalqımızın qan yaddaşında daim yaşayacağını qeyd ediblər.
Tədbirin sonunda Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri 20 Yanvar və vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.




    


Son baxılan xəbərlər

Dövlət Komitəsi sədrinin birinci müavini Şirvanda vətəndaşları qəbul edib

Xəbərlər
20.02.2020 / 12:21
Ətraflı oxu

Azərbaycan - dünyanı işıqlandıran dini tolerantlıq məkanı

Press-relizlər
03.08.2018 / 14:31
Ətraflı oxu

İsmayıllıda Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
22.02.2020 / 09:21
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu Qubada regional seminar təşkil edib

Press-relizlər
06.11.2018 / 15:12
Ətraflı oxu

Elşad İskəndərov: “Milli kimliyimizi formalaşdıran, onun ayrılmaz hissəsi olan milli-mənəvi dəyərlərimizin tədqiqatı böyük əhəmiyyət ...

Press-relizlər
18.10.2013 / 17:34
Ətraflı oxu

Masallı rayonunda “Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.03.2017 / 15:46
Ətraflı oxu