Beyləqanda dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 18.01.2018 / 16:05

Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Beyləqan rayonu Qarallar kənd məscidi dini icması tərəfindən “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Şəhriyar İsmiyev,  İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, dini icma sədri Səbuhi İbadov, Beyləqan Rayon İcra Hakimiyyəti (RİH) başçısının Qarallar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamandar Cəfərov, Qarallar kənd tam orta məktəbinin  direktoru Mənsumə Abuşova, müəllimlər  və  yuxarı sinif şagirdləri  iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi  qurbanlarının  əziz  xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Səbuhi İbadov icma tərəfindən dini maarifləndirmə tədbirlərinin keçirildiyini və bu tədbirlərin xüsusilə gənclərin dini maariflənməsində, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında əhəmiyyətli olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
DQİDK-nın əməkdaşı Şəhriyar İsmiyev Azərbaycanda dinlər arasında heç vaxt qarşıdurma, məzhəb ayrı-seçkiliyinin olmadığından, tolerant və multikultural mühitin mövcudluğundan, dini ekstremizmin fəsadlarından qorunması üçün gənclərin  maariflənməsinin, radikal qrupların təsirinə məruz qalmamaları baxımından mühüm əhəmiyyəti olduğundan danışıb, eyni zamanda dini təriqətlərin radikal yönümlü fəaliyyətləri barədə geniş və ətraflı məlumat verib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov dini maarifləndirmə istiqamətində keçirilən tədbirlərin İslamın düzgün çatdırılmasında, həmçinin dini radikalizm və ekstremizmə qarşı gənclərin maarifləndirilməsində önəmli olduğunu qeyd edib.
Beyləqan RİH başçısının Qarallar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamandar Cəfərov  və kənd məktəbinin müəllimi Tapdıq Məmmədov çıxışlarında  məktəbdə keçirilən maarifləndirmə tədbirlərinin zəruriliyini vurğulayıblar. Bildiriblər ki, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda böyüməsində bu tədbirlərin əvəzsiz rolu var.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib
 


Son baxılan xəbərlər

Quba bölgəsinin din xadimləri bəşəriyyətə sülh diləyir

Xəbərlər
25.09.2020 / 17:54
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.08.2018 / 10:52
Ətraflı oxu

Səyyad Salahlı: “Din xadimləri sosial medianın imkanlarından maksimum yararlanmaqla maarifləndirici missiyanı daha operativ, daha ...

Press-relizlər
18.10.2019 / 14:05
Ətraflı oxu

Qusarda “İslam dinində insan haqları” mövzusunda tədbir keçirilib

Press-relizlər
01.06.2018 / 14:40
Ətraflı oxu

Bakıda “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib

Press-relizlər
21.08.2018 / 15:06
Ətraflı oxu

Siyəzən rayonunun Gilgilçay qəsəbəsində “Şəhadət” filmi nümayiş etdirilib

Arxiv
07.06.2018 / 15:41
Ətraflı oxu