Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbirlər davam etdirilir

Press-relizlər / 18.01.2018 / 15:43

Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir şəhər 3 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, eləcə də məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan tam orta məktəbin direktoru Kəmalə Tahirovanın təklifi ilə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Kəmalə Tahirova bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb. 
Tədbirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov Dövlət Komitəsinin dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib, “Fitnə” və “Şəhadət” sənədli filmlərinin mahiyyəti və əhəmiyyətini tədbir iştrakçılarının diqqətinə çatdırıb. Sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib.   
Film ətrafında aparılmış müzakirələr zamanı çıxış edən Mingəçevir ŞİH-in nümayəndəsi Sahib Əliyev deyib ki, hazırda islamofobiyanın dünyanın əksər inkişaf etmiş ölkələrində geniş yayıldığı dövrdə dövlət başçımızın İslam həmrəyliyinin təmin olunması üçün etdiyi çıxışlar İslam dininə, müsəlman dünyasına nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir.
Sonda şagirdlərin mövzuya dair sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Amil Cavadov: "Müasir Azərbaycan gənci milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə bağlıdır"

Açıqlama
07.11.2016 / 09:53
Ətraflı oxu

Zaqatalada “Tolerantlıq-Azərbaycan xalqının mənəvi sərvətidir” adlı seminar keçirilib

Press-relizlər
13.06.2019 / 09:40
Ətraflı oxu

Balakən və Lerik rayonlarında dini radikalizmlə mübarizə məsələsi müzakirə olunub

Press-relizlər
07.03.2016 / 17:03
Ətraflı oxu

Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı təsdiqlənib

Press-relizlər
17.01.2018 / 15:34
Ətraflı oxu

“Dini və milli müxtəlifliyin vəhdətində İslam həmrəyliyinin rolu” layihəsinin icrası davam edir

Press-relizlər
07.10.2017 / 10:41
Ətraflı oxu

Müqəddəs Məkkə şəhərində “Qurani-Kərimdə və Peyğəmbər sünnəsində mötədillik və mülayimlik dəyərləri” adlı beynəlxalq konfrans ...

Press-relizlər
29.05.2019 / 12:34
Ətraflı oxu