Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər / 18.01.2018 / 14:59

Yanvarın 18-də Sumqayıt şəhəri Cümə məscidində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, “Cümə” məscidinin imamı Rauf Sərdarov, “Sumqayıt Yəhudiləri” dini icmasının sədri Menaxem Mendel Leyxter, “Molokan ruhani – xristian” dini icmasının sədri Matryona Vasilyevna və Bəhani dini icmasının üzvi Elyana Seyidəliyeva iştirak ediblər.
“Cümə” məscidi dini icmasının sədri Rauf Sərdarov 20 Yanvar faciəsini tariximizin qürurverici səhifəsi oduğunu bildirib. Qeyd edib ki, məhz həmin gün xalqımız yenidən dövlətçiliyini bərpa etmək, azadlığına yenidən qovuşmaq əzmində olduğunu bir daha dünyaya nümayiş etdirmiş oldu.
Sumqayıt Şəhəri İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov bu qanlı hadisəyə ilk dəfə Ümummilli Lider Heydər Əliyevin münasibət bildirdiyini xatırladıb. O diqqətə çatdırıb ki, Ulu Öndər 21 yanvar 1990-cı il tarixində faciə ilə əlaqədar Azerbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov 20 Yanvar faciəsini xalqımıza qarşı düşünülmüş məkirli siyasətin növbəti təzahürü olduğunu bildirib.
Tədbirdə çıxış edən digər natiqlər 1990-cu ilin 20 yanvar tarixinin Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi olduğunu, bu günün respublikamızın mübarizlik, qəhrəmanlıq salnaməsi, azərbaycanlı birliyinin, eləcə də vətənsevərliyin təcəssümü olduğunu diqqətə çatdırıblar.
    


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Xəbərlər
08.09.2018 / 14:58
Ətraflı oxu

Tovuzda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər
05.10.2018 / 16:01
Ətraflı oxu

Sumqayıt Cümə məscidindəki problem həll olundu

Açıqlama
27.05.2013 / 17:13
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
04.09.2018 / 15:27
Ətraflı oxu

İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov: “Öz dini təhsil mərkəzimizi qurmağa çalışırıq”

Müsahibələr
24.07.2018 / 10:18
Ətraflı oxu

Ucarda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
03.05.2019 / 09:35
Ətraflı oxu