Ağdaşda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər / 18.01.2018 / 12:51

Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbə əməkdaşları Asif Ədilov, Fuad Şirinov, Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Ağdaş Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, şagirdlər, müəllimlər, gənclər və rayon ictimaiyyəti  iştrak ediblər.
Öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev dini maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb, dini radikalizm və ekstremizmə qarşı mübarizədə “Şəhadət” kimi sənədli filmlərin əhəmiyyətli olduğunu qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə”, “Şəhadət” sənədli filmləri barədə məlumat verib, bildirib ki, film torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizdən, eləcə də cihad adı altında xarici dövlətlərdə qanunsuz silahlı birləşmələrin tərkibində vuruşaraq həlak olmuş vətəndaşlarımız və onların yaxınlarının ağrı-acılarından bəhs edir. Şöbə müdiri, həmçinin dini radikalizm və eklstremizmə qarşı mübarizə istiqamətində DQİDK-nın həyata keçirdiyi maarifləndirmə tədbirlərindən də bəhs edib. 
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Sonda tədbir iştrakçlarını maraqlandıran suallar cavablandırılıb, DQİDK tərəfindən nəşr edilmiş dini ədəbiyyatlar paylanılıb.
   


Son baxılan xəbərlər

"Azərbaycandakı “Multikulturalizm ili” bir sıra ölkələrdə multikultural əhval-ruhiyyənin möhkəmlənməsinə səbəb oldu"

Müsahibələr
23.12.2016 / 16:31
Ətraflı oxu

Dövlət Komitəsində “Yehovanın Şahidləri”nin Avropa Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Press-relizlər
13.12.2019 / 15:01
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Radikal dini qrupları ideoloji, siyasi və psixoloji baxımdan xeyli ...

Açıqlama
18.06.2016 / 12:43
Ətraflı oxu

Sumqayıtda “Milli-mənəvi dəyərlərimizdə humanizm prinsipləri” mövzusu müzakirə olunub

Press-relizlər
30.03.2018 / 14:25
Ətraflı oxu

Ağdaşda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Xəbərlər
16.12.2019 / 16:34
Ətraflı oxu

Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür

Xəbərlər
12.12.2016 / 15:19
Ətraflı oxu