Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı təsdiqlənib

Press-relizlər / 17.01.2018 / 15:34

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti arasında dini ekstremizmə qarşı mübarizənin 2018-ci il ərzində də davam etdirilməsi məqsədilə Tədbirlər Planı imzalanıb. Tədbirlər Planında dini ekstremizmə və onu doğuran səbəblərə qarşı birgə mübarizənin aparılması, bu istiqamətdə fəaliyyət göstərən qurumlar arasında koordinasiya işinin təşkili məqsədilə respublikanın bütün bölgələri əhatə olunmaqla seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulub. İctimaiyyət nümayəndələrinin də cəlb olunacağı bu tədbirlərdə Azərbaycan Respublikasında mövcud dövlət-din münasibətləri, bu sahədəki təhdidlər, eləcə də dini ekstremizmin yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları, ölkəmizdəki multikultural mühit və tolerantlıq ənənələri, müxtəlif dinlər və məzhəblər arasında əməkdaşlığa dair mövzularda geniş fikir mübadiləsinin aparılması planlaşdırılır. 

Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Açıqlama
29.04.2019 / 19:37
Ətraflı oxu

“Azərbaycanda Xristianlıq: keçmişdən bu günə” adlı kitab nəşr olunub

Kitablar
29.06.2017 / 16:35
Ətraflı oxu

İslam sülh və əmin-amanlıq dinidir

Press-relizlər
05.09.2018 / 11:33
Ətraflı oxu

Bakıda VI Beynəlxalq Humanitar Forumu işə başlayıb Azərbaycan Prezidenti İlham Əliyev Forumun rəsmi açılış ...

Press-relizlər
25.10.2018 / 14:57
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
29.10.2019 / 15:52
Ətraflı oxu

Zərdabda “İnsan Hüquqları Aylığı” ilə əlaqədar maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
24.05.2019 / 09:24
Ətraflı oxu