Şirvanda “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 16.01.2018 / 10:04

Yanvarın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şirvan şəhər “Zeynalabidin” məscidi dini icması tərəfindən “İslamda həmrəyliyin və tolerantlğın əhəmiyyəti” adlı layihə çərçivəsində  tədbir keçirilib.
Şirvan şəhər Məftun Osmanov adına 20 saylı tam orta məktəbdə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov, Şirvan Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, dini icma sədri Cəmşid Hüseynov, “Zeynalabidin” məscidinin imamı Kərim Cəlilov, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şirvan ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı təşəbbüsünün İslam aləmində, bütövlükdə dünyada həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfə olduğunu vurğulayıb. Adəm Hüseynov, həmçinin dini radikalizm, onun fəsadları və ona qarşı mübarizə  barədə danışaraq bildirib ki, Dövlət Komitəsi bu istiqamətdə “Fitnə” və “Şəhadət” adlı maarifləndirici sənədli filmlər çəkib.
DQİDK-nın Xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov dövlət-din münasibətlərindən və ölkədə dini radikalizmin qarşısının alınması istiqamətində görülən işlərdən söz açıb. Milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan İslam dininin insanları münaqişəyə deyil, sülhə, həmrəyliyə çağırdığını bildirib.
Daha sonra “Zeynalabidin” məscidinin axundu Kərim Cəliov mövzu ilə bağlı çıxış edib və lahiyə çərçivəsində nəşr olunmuş ədəbiyyatlar tədbir iştirakçılarına paylanılıb.
Sonda milli vətənpərvərlik dəyərlərimizin təbliği və dini radikalizmə qarşı mübarizə istiqamətində Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
 


Son baxılan xəbərlər

Mehriban Əliyeva: “Əsrlər boyu Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh şəraitində yaşayıblar”

Multikulturalizm
15.11.2017 / 18:00
Ətraflı oxu

“Cəmiyyət və dini radikalizm” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.12.2015 / 17:27
Ətraflı oxu

"İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" kitabı

Kitablar
21.12.2015 / 17:14
Ətraflı oxu

Müstəqil Azərbaycan - 25: multikulturalizmin və tolerantlığın bariz nümunəsi

Press-relizlər
28.04.2016 / 09:48
Ətraflı oxu

Şamaxıda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
27.05.2019 / 11:58
Ətraflı oxu

Siyəzən rayonunun Gilgilçay qəsəbəsində “Şəhadət” filmi nümayiş etdirilib

Arxiv
07.06.2018 / 15:41
Ətraflı oxu