Zərdabda “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər / 15.01.2018 / 09:34

Yanvarın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Zərdab rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər və vətənpərvərliyin vəhdəti” mövzusunda tədbir keçirilib, DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Zərdab rayon Gənclər Mərkəzində təşkil olunmuş tədbirdə rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ələkbər Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, aktiv fəaliyyəti ilə seçilən gənclər, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin əməkdaşı Ələkbər Kərimov “Şəhadət” sənədli filmi haqqında danışaraq bildirib ki, filmdə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgərlərimizdən, onların bütün xalqımız və dövlətimiz tərəfindən ehtiramla yad edildiyindən, eləcə də cihad adı altında xarici dövlətlərdə fəaliyyət göstərən qanunsuz hərbi birləşmələrin tərkibində vuruşan insanların acı taleyindən bəhs olunur. O qeyd edib ki, gənc nəslin düzgün istiqamətdə, Vətənə layiq övlad kimi tərbiyə olunmasında “Şəhadət” kimi sənədli filmlərin çox böyük əhəmiyyəti var.       
Daha sonra tədbirdə çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov “Şəhadət” sənədli filminin əhəmiyyətindən bəhs edərək, filmin hazırlanmasında əsas məqsədin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı onları məlumatlandırmaq olduğunu diqqətə çatdırıb.
Sonda “Şəhadət” sənədli filmi təqdim olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
  


Son baxılan xəbərlər

Xətai rayonu 257 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə ...

Press-relizlər
23.05.2018 / 15:33
Ətraflı oxu

Şəkidə “Azərbaycan xalqının mədəni dəyərləri dini radikalizmə qarşıdır” mövzusunda konfrans keçirilib

Press-relizlər
31.07.2019 / 09:27
Ətraflı oxu

Qaxda narkomaniya əleyhinə maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
05.11.2019 / 17:04
Ətraflı oxu

Dövlət Komitəsinin sədri İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb

Press-relizlər
31.10.2019 / 14:52
Ətraflı oxu

Bakıda “Dünyəvi dövlətdə din və təhsil: mövcud vəziyyət və vəzifələr” mövzusunda konfrans keçirilib

Press-relizlər
24.10.2019 / 15:40
Ətraflı oxu

Qaradağda "Dini radikalizmə qarşı mübarizə yolları" mövzusu müzakirə olunub

Xəbərlər
23.10.2019 / 09:30
Ətraflı oxu