Qubada dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 12.01.2018 / 17:27

Yanvarın 12-də Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Quba rayonu Xucbala kənd məscidi dini icması tərəfindən “İslam sülh və tolerantlıq dinidir” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba RİH başçısının Xucbala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Piroğlan Abdullayev, Xucbala kənd məscidi dini icmasının sədri Həmdulla Vəliyev və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev qeyd edib ki, İslam dininin əsasını sülh, tolerantlıq kimi humanist prinsiplər təşkil edir. “Lakin, təəssüf hissi ilə qeyd olunmalıdır ki, əsrlərlə bu dini müxtəlif təriqətlərə parçalayaraq əsil mahiyyətini dəyişib, terror və zorakılıq dininə çevirməyə cəhdlər edilib. Azərbaycanda isə bu cəhdlər nəticəsiz qalıb, heç bir qeyri-ənənəvi təriqət burada özünə kök sala bilməyib. Xalqımız ənənəvi İslam dinini qoruyaraq nəsildən-nəslə ötürüb” – ,deyə  E.Nurullayev vurğulayıb.
Dini icma sədri Həmdulla Vəliyev bildirib ki, tolerantlığın qorunub saxlanılması sülhün əsas təminatıdır və bu sahədə də Azərbaycan dövləti mümkün bütün addımları atır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 


Son baxılan xəbərlər

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Mərdəkanda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

Press-relizlər
13.12.2017 / 15:02
Ətraflı oxu

Həqiqət anı: azərbaycanlıların 1918-ci il soyqırımından 100 il ötür

Xəbərlər
31.03.2018 / 10:06
Ətraflı oxu

“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.04.2019 / 15:51
Ətraflı oxu

Yasamalda “Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
28.02.2019 / 16:58
Ətraflı oxu

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.11.2019 / 16:48
Ətraflı oxu