Bölgələrdə “Şəhadət” sənədli filmi nümayiş etdirilir

Press-relizlər / 12.01.2018 / 10:03

Yanvarın 11-də Tərtər Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Tərtər rayon Seydimli kənd tam orta məktəbində Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Seydimli kənd tam orta məktəbinin direktoru Nurəddin İbrahimov və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi Elvin Umudov açaraq DQİDK-nın sifarişi əsasında çəkilmiş “Şəhadət” filminin dini radikalizmə qarşı maarifləndirmə və gənclərin vətənpərvərlik ruhunda formalaşmasındakı əhəmiyyətindən danışıb.
Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov çıxışında qeyd edib ki, İslamda cihad anlayışı böyük məna daşıyır və cihad adı altında başqa dövlətlərdə fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmağın İslam dini ilə heç bir əlaqəsi yoxdur.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vəhdət qanımızdadır” filminin ilk nümayişi olub

Press-relizlər
29.11.2018 / 16:33
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
12.11.2018 / 17:02
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının SİA-ya müsahibəsi

Müsahibələr
01.11.2016 / 16:59
Ətraflı oxu

Beyləqanda “Dini radikalizmlə mübarizə: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər
31.10.2019 / 14:30
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

Press-relizlər
13.11.2019 / 18:01
Ətraflı oxu

Qusarda İslam həmrəyliyinin əhəmiyyətindən danışılıb

Press-relizlər
31.10.2017 / 15:46
Ətraflı oxu